İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı nüfuzlu mükafatlara layiq görülüb
01.06.2022 / Mühüm xəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, İstanbul Texniki Universitetinin professoru Elmxan Mahmudov nüfuzlu mükafatlara layiq görülüb.
E.Mahmudov 2016-2020-ci illərdə “dərc etdiyi məqalələrin, istinadların, dərs kreditlərinin və müdafiə etmiş aspirantların sayı, layihələrin və büdcəsinin miqdarı, icra olunan inzibati vəzifələr” nəzərə alınmaqla aparılan qiymətləndirmə nəticəsində yüksək müvəffəqiyyətlərinə görə İstanbul Texniki Universiteti tərəfindən “Akademik Performans Ödülü” mükafatına layiq görülmüşdür. Alim bununla yanaşı, 2021-ci ildə universitetdə ən çox məqalə dərc edən elm adamı olaraq “2021 Yılı Yayın Ödülü” mükafatını qazanmışdır.
Həmçinin Türkiyənin ölkə başçısı tərfindən təqdim edilən və ən mötəbər elmi mükafatlarından biri sayılan “TUBİTAK elm mükafatı”na E.Mahmudovun namizədliyi irəli sürülmüşdür. Qeyd olunan mükafat TÜBİTAK tərəfindən hər il elmi və texnoloji sahələrdə tədqiqat və təkmilləşdirmə fəaliyyətlərini dəstəkləmək, alim və tədqiqatçıların yetişdirilməsi və inkişafı üçün imkanlar təmin etmək məqsədilə təqdim olunur.