AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gələn il ABŞ-da elektromobillər üçün naqilsiz şarj sisteminə sahib nəqliyyat yolu istifadəyə veriləcək

06.06.2022 / Maraqlı məlumatlar

Gələn il ABŞ-ın Detroyt şəhərində elektromobilləri naqilsiz şarj ilə təmin edəcək avtomobil yolu istifadəyə veriləcək. Perspektiv cəhətdən sözügedən sistem avtobuslar üçün ayrılmış yol xətləri və ya tıxacların daha çox yarandıqları yol sahələri üçün faydalı ola bilər. Sözügedən layihə İsrailin Electreon adlı şirkəti tərəfindən hazırlanır və elektromobilləri naqilsiz şarj ilə təmin edəcək yolun inşasının 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. İstifadəyə veriləcək ilk test yolunun uzunluğu cəmi 1.6 km təşkil edəcək. Məlumdur ki, istifadəyə veriləcək yolun alt hissəsində şarj prosesi üçün nəzərdə tutulmuş induksiya bobinləri yerləşdiriləcək. Onlar isə öz növbələrində elektrik şəbəkəsinə qoşulu olacaqlar.

İnduksiya bobinlərindən enerjinin əldə edilməsi üçün elektromobillərə xüsusi resiver lazım olacaq. Bu sistem əhatə etdiyi sahədə xüsusi qəbuledici resiver olmadan çalışmır və ətrafdakı insanlar üçün heç bir təhlükə daşımır. Elektromobilin bu cür yoldan nə qədər enerji əldə edəcəyi isə elekromobilin öz konstruksiyasından və onun hansı sürətlə hərəkət etməsindən asılı olacaq. Təbii ki, bu cür yol elektromobilin batareyasını belə qısa yol məsafəsində tam şəkildə şarj edə bilməyəcək. Lakin bununla belə bu cür yol elektromobilin ən yaxın şarj stansiyasına çatması üçün kifayət edəcək enerji səviyyəsini təmin edəcək.

Electreon şirkətinin təmsilçilərinin fikirlərinə əsasən şarj üçün nəzərdə tutulmuş induksya bobinlərinin ictimai nəqliyyat üçün ayrılmış yol xətlərində quraşdırılması daha məqsədəuyğundur. Belə ki, həmin yol xətlərində nəqliyyat axını daimi olur. Bundan əlavə olaraq bu cür sistem tıxacların çox olduqları yollarda da faydalı ola bilər. Belə ki, bu halda elektromobil tıxacda dayandığı halda öz batareyasını şarj edə bilər. Onu da qeyd etmək lazımdır ki, şarj prosesi heç də pulsuz olmayacaq. Şarj prosesi bitdikdən sonra sürücü onun üçün təyin edilmiş qiymət göstəricisini əldə edəcək.

technote.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi