AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Heydər Əliyev irsinə yeni elmi-nəzəri və konseptual baxış

13.06.2022 / Maraqlı məlumatlar

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi ictimai-siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideya-nəzəri və praktik irsinin öyrənilməsi müasir Azərbaycan ictimai elminin, xüsusilə siyasətşünaslıq və fəlsəfə elmlərinin mühüm vəzifələrindən biridir. Bu elmlərin əsas məqsədi Heydər Əliyevin siyasi-praktik fəaliyyətindəki əsas fəlsəfi prinsipləri müəyyən etmək və onun mahiyyətini üzə çıxarmaqdır.

Heydər Əliyevin siyasət fəlsəfəsini onun tərcümeyi-halı, tarix, siyasət və cəmiyyətin qarşılıqlı münasibətlərinin vəhdətində öyrənmək lazımdır. Yalnız bu halda böyük öndərin siyasətinin fəlsəfi mahiyyəti üzə çıxa, onun siyasi-fəlsəfi irsi gələcək nəsillər tərəfindən aydın dərk edilə bilər.

Bu mənada Sadiq Qurbanovun “Zamana sığmayan lider Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabı Heydər Əliyevin siyasi fəaliyyətinin, ideoloji baxışlarının və xüsusən də dövlətçilikdə varislik strategiyasının elmi-fəlsəfi dəyərləndirilməsinə həsr olunmuşdur. Məlumdur ki, zəngin həyat yolu keçmiş Heydər Əliyevin titanik fəaliyyəti həm Azərbaycanda, həm də dünyada ən müxtəlif elmi baxış bucağından, xüsusən də sosioloji, politoloji, fəlsəfi elmi yanaşma aspektlərindən geniş təhlil olunmuş, bu barədə çoxsaylı əsərlər qələmə alınmışdır. Bu baxımdan müasir milli ictimai elmi düşüncəmizdə Əliyevşünaslıq xüsusi bir istiqamət olaraq formalaşmışdır. Səmimi etiraf edək ki, belə bir şəraitdə Heydər Əliyevin titanik fəaliyyətinin fəlsəfi təhlili ilə bağlı orijinal bir əsər yaratmaq olduqca çətin və məsuliyyətli bir işdir. Lakin S.Qurbanovun təqdim olunan kitabının xüsusi cəhəti ondan ibarətdir ki, müəllif indiyə qədər bu mövzuda yazılmış dəyərli əsərlərdən, mövcud elmi-nəzəri yanaşmalardan yaradıcı şəkildə istifadə etməklə orijinal bir əsər ərsəyə gətirməyə nail olmuşdur.

Kitabda qarşıya qoyulan əsas elmi məqsədə - Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsinin təhlilinə nail olmaq üçün müəllif sistemli və əhatəli fəsil strukturu müəyyənləşdirmişdir.

Kitabda Heydər Əliyevin siyasətinin fəlsəfi mahiyyəti, siyasətə kompleks yanaşması, siyasi, sosial-iqtisadi, mədəni-mənəvi aspektləri vəhdətdə götürməsi, tarixin müxtəlif məqamlarındakı, müxtəlif quruluşlarda və rejimlərdə dövlətçilik fəaliyyəti və dövlətçilik ideyalarının, siyasətlə sosial-iqtisadi əsasların vəhdəti, dövlətçilik və milli ideologiya - azərbaycançılıq məfkurəsinin formalaşdırılması, Azərbaycan Respublikasında və bütün dünyada yaşayan azərbaycanlıların məfkurəsinə çevrilməsi, milli mədəniyyətimizin tarixi varisliyi, bugünkü nəslin milli və ümumbəşəri, Qərb və Şərq dəyərlərinin sintezinə qovuşması, nəzəri irsinin praktik əhəmiyyəti, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda vətəndaşların demokratik dəyərlərə, Azərbaycanın dünya iqtisadiyyatına, mədəniyyətinə qovuşması, sülh və əmin-amanlığın ölkədə və dünyada bərqərar olması kimi problemlər, fəlsəfi prinsiplər və elmi-nəzəri müddəalar ümumiləşdirilib, sistemləşdirilib.

Kitabın elmi-praktiki əhəmiyyəti qarşıya qoyulmuş məqsədlə müəyyən olunur. Təhlilin gedişində əldə edilmiş nəticələr Azərbaycanda dövlətçilik, sosial-iqtisadi, mədəni-mənəvi demokratiya, hüquqi dövlət və vətəndaş cəmiyyəti proseslərini daha dərindən anlamağa imkan verir. Kitab Əliyevşünaslığın siyasi-fəlsəfi aspektini, həmçinin siyasi fəlsəfənin onunla bağlı məsələlərini dərindən açıb göstərməkdə mühüm əhəmiyyətə malikdir.

Kitabın “Heydər Əliyevin hüquqi islahatlar strategiyası iqtisadi islahatların mühüm şərtidir” adlı birinci fəsilində Heydər Əliyev siyasi fəlsəfəsinin tarixi köklərindən, onun dövlətçilik ideyalarının əsas istiqamətlərindən, Heydər Əliyev siyasətinin sosial-iqtisadi əsaslarından bəhs olunur. Bu fəsildə Heydər Əliyevin dövlətçilik ideyaları dövlətin sosial-iqtisadi inkişafı ilə əlaqəli olaraq nəzərdən keçirilir, Heydər Əliyevin fəaliyyəti timsalında dövlətçilik ideyaları ilə dövlətin sosial-iqtisadi inkişafı arasındakı əlaqələr öyrənilir.

Kitabın “Heydər Əliyev və milli ideologiyanın formalaşması prosesi” adlı ikinci fəsli Heydər Əliyevin ideoloji sahədəki fəaliyyətinə həsr olunmuşdur. Bu fəsildə konkret mənbələrə əsaslanaraq göstərilir ki, kifayət qədər praqmatik bir siyasətçi olan Heydər Əliyev həm də dərin nəzəri təfəkkürə malik mütəfəkkir bir ideoloq olmuşdur. Müəllif Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli ideologiyasının formalaşmasındakı rolundan, bu ideologiyanın yaradılmasında milli tarixin və mədəniyyətin potensiyasından istifadə edilməsindən geniş bəhs etmişdir.

“Mən Ona özüm qədər inanıram... (güclü xalq, güclü dövlət, güclü lider)” adlanan üçüncü fəsil Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı İlham Əliyevə həsr olunmuşdur. Burada kontekst olaraq siyasi, ideoloji, mənəvi varislik əsas götürülmüşdür. Bu fəsildə hazırda dünyanın ən nüfuzlu siyasət adamlarından biri kimi qəbul olunan İlham Əliyevin siyasi idarəçilik modeli, modernləşmə strategiyası, iqtisadi islahatlar konsepsiyası, hərbi-siyasi və diplomatik sahədəki titanik fəaliyyəti bir-biri ilə qarşılıqlı əlaqədə vahid bir konsepsiya əsasında təhlil edilmişdir.

Kitabın “Heydər Əliyev irsinin layiqli davamçısı - Mehriban Əliyeva fenomeni” adlanan dördüncü fəsli adından da göründüyü kimi, Mehriban xanım Əliyevaya həsr edilmişdir. Müəllifin elmi təqdimatında Mehriban xanım Əliyeva bir tərəfdən Birinci vitse-prezident olaraq dövlət idarəçiliyində İlham Əliyevin ən yaxın silahdaşı, digər tərəfdən isə Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycanda elm, təhsil, mədəniyyət və digər sosial sahələrin inkişafında müstəsna xidmətləri olan bir şəxs kimi dəyərləndirilir.

Elmi monoqrafiya bütöv bir epoxanı özündə real əks etdirən ciddi bir əsər kimi diqqəti cəlb edir. Heydər Əliyev-İlham Əliyev epoxasından bəhs edən əsərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən elmi-nəzəri və fəlsəfi kontekstdə ilk dəfə olaraq müstəqil bir fəsildə söz açılır. Mehriban xanımın mədəniyyətimizin, elmimizin, təhsilimizin hamisi olması, həm də ulu öndər Heydər Əliyevin siyasi irsinə, Prezident İlham Əliyevin apardığı siyasətə bütün yönləri ilə dəstək verməsi bu kitabda elmi-nəzəri və fəlsəfi rakursdan dolğun şəkildə əsaslandırılmışdır.

Qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, Sadiq Qurbanovun “Zamana sığmayan lider Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabı öz əhatəliliyi, sistemliliyi, mövzulara yanaşma orijinallığı etibarilə Əliyevşünaslığa dəyərli bir töhfədir.

Arif HƏŞİMOV, AMEA-nın prezidenti v.i.e., akademik

“Respublika” qəzeti

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi