AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kainatın son 9 milyard illik tarixi ərzində ən yüksək sürətlə böyüyən qara dəliyi kəşf edilib

16.06.2022 / Maraqlı məlumatlar

Avstraliyalı alimlər Sayding-Sprinqs adlı rəsədxanada yerləşən teleskop vasitəsilə 2 vacib kəşf ediblər. İlk olaraq onlar çox parlaq kvazar aşkar ediblər. Həmin kvazar yüksək kütləli qara dəlik vasitəsilə qidalanır. İkinci kəşf isə ondan ibarətdir ki, alimlərin fikirlərinə əsasən kvazarı qidalandıran həmin yüksək kütləli qara dəlik kainat tarixinin son 9 milyard illik dönəmini əhatə edən kosmik obyektlər arasında ən  yüksək sürətlə böyüyənidir. Qeyd etmək lazımdır ki, kvazar öz təkamülünün ilkin mərhələsində olan qalaktikanın nüvəsidir. Çox parlaq olan bu obyektlər faktiki olaraq böyüyən qara dəliklər qismində çıxış edirlər. Nəzərə alsaq ki, qalaktika hələ təzə-təzə formalaşır, qara dəlik də onunla birlikdə təkümül prosesindən keçərək sürətlə böyüyür. Avstraliya Milli Universitetinin alimləri aşkar edilmiş yeni çox parlaq kvazara J114447-430859.3 adını veriblər. Ona başqa cür J1144 də demək olar.

Alimlər həmçinin güman edirlər ki, J1144 adlı kvazar kainatın son 9 milyard ili ərzində həm də ən parlaq kvazarıdır. Alimlərin sözlərinə əsasən sözügedən qara dəlik öz ətrafında olan maddənin yüksək miqdarda udulmas hesabına böyüyür. Alimlər güman edirlər ki, həmin qara dəlik 1 saniyə ərzində elə bir həcmdə maddə udur ki, udulan maddənin həcmi Yer kürəsinin ölçüsünə bərabərdir. Bu yüksək kütləli qara dəliyin kütləsi Günəşin 3 milyard kütləsinə bərabərdir. “Bizim hesablamalarımıza əsasən bu kvazar Yer kürəsindən 7 milyard işıq iliuzaqlığında yerləşir. Yəni onun şüalandırdığı işıq kainatın mövcud olduğu zamanın yarısı qədər vaxt sərf edərək bizə gəlib çatıb. Qeyd etmək lazımdır ki, Böyük partlayış təqribi olaraq 13.8 milyard il bundan öncə baş verib” - deyə Avstraliya Milli Universitetinin mütəxəssisi Christopher Onken qeyd edib.

“Aşkar edilmiş yeni kvazarın bu cür yüksək parlaqlığa sahib olmasının dəqiq səbəbi hələ bilinmir. Qara dəliklərin özləri işıq şüalandırmırlar. Lakin onlar öz ətraflarındakı maddəni udan zaman xüsusi şüalanma baş verir və bu şüalanma həddindən artıq olduğu halda kvazar bu cür yüksək parlaqlığa səbəb ola bilər” - deyə Christopher Onken qeyd edib. Onken-in sözlərinə əsasən alimlər kainatda böyüməkdə olan qara dəliklərin axtarışı ilə 50 ildir ki, məşğul olurlr. İndiyənə kimi artıq 880.000 ədəd bu cür obyekt aşkar edilib. Lakin nəyə görə bu yeni parlaq kvazar ilə yüksək kütləli qara dəlik daha öncə kəşf edilməyib? “Mən düşünürəm ki, bunun əsas səbəbi kvazarın, Süd Yolu qalaktikasının müstəvisinə çox yaxın yerləşməsi ilə bağlıdır. Astronomlar çox zaman kosmosun bu cür sahələrini müşahidə etmirlər. Belə ki, bu cür sahələrdə çoxlu sayda ulduz ilə toz olur. Bu cür faktorlar isə uzaq məsafədə yerləşən obyektlərin müşahidəsini qəlizləşdirirlər” - deyə Onken əlavə edib. 
technote.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi