AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan elminə ağır itki üz verib

21.06.2022 / Maraqlı məlumatlar

Tanınmış alim və elm təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Əməkdar elm xadimi, akademik Eldar Yunis oğlu Salayev 2022-ci  il  iyunun 20-də vəfat etmişdir.

Eldar Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1951-ci ildə orta məktəbi, 1956-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayaraq burada kiçik elmi işçi, elmi katib, laboratoriya müdiri, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır. 1972-ci ildə Bakıda təşkil olunan keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun filialının direktoru təyin olunmuş, onun rəhbərliyi altında filial 1983-cü ildə Fotoelektronika İnstitutuna çevrilmişdir.

Eldar Salayev 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1975-ci ildə elmlər doktoru dərəcəsini, 1979-cu ildə professor elmi adını almış, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir. O, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti vəzifəsində çalışmış, SSRİ xalq deputatı (1984-1992) Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.

Eldar Salayev yarımkeçiricilər fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Onun laylı kristallarda və darzolaqlı yarımkeçiricilərdə aldığı yeni fundamental nəticələr  çox geniş  və xüsusi tətbiq oblastlarına malik, spektrin  ultrabənövşəyi, görünən və infraqırmızı oblastlarında işləyən yeni fotoqəbuledicilərin, elektron optik çeviricilərin yaradılmasına  gətirmişdir. Alimin rəhbərliyi altında 1969-cu ildə Fizika İnstitutunda ilk Kvant elektronikası laboratoriyası, 1972-ci ildə isə xüsusi təyinatlı fotoqəbuledicilər, elektro-optik çeviricilər, elektron mikrosoyuducuları, bu ceviricilərin metrologiyası üçün cihazlar layihələşdirən və tədqiq edən, onların tam istehsalını, sınağını və sənaye miqyasında tətbiqini həyata keçirə bilən keçmiş ittifaqda yeganə Fotoelektronika İnstitutu yaradılmış və qısa müddətdə dünya standartları səviyyəsində yeni fotoqəbuledicilər, gecə görmək üçün elektro-optik çeviricilər, mənfi 120-130°C-dək soyutma verən elektron mikrosoyuducular, metrologiya və ölçmə texnikası sahəsində cihazların müxtəlif təyinatlı növləri işlənmiş, institutun təcrübə zavodunda tam istehsalı təşkil edilmişdir. Fotoelektronika İnstitutunun texnologiyası və iştirakı ilə ilk dəfə olaraq kosmik aparatda çəkisizlik şəraitində müxtəlif yarımkeçiricilərin kristalları göyərdilmişdir.

Eldar Salayev böyük əksəriyyəti nüfuzlu xarici jurnallarda dərc olunmuş 450-ə qədər elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. O, ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən çoxsaylı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir. Onun elmi rəhbərliyi ilə 40-dan artıq fəlsəfə və elmlər doktoru yetişdirilmişdir.

Akademik Eldar Salayevin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Dövlət Mükafatı laureatı və Əməkdar elm xadimi adlarına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülmüşdür.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Eldar Yunis oğlu Salayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

science.gov.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi