
Dissertasiya şurasının növbəti iclası keçirilib
24.06.2022 / Dissertasiya şurasının iclasları
24 mart 2022-ci il tarixdə AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Dissertasiya şurasının növbəti iclası onlayn formatda keçirildi.
İclasda İsmayıl Ələkbər oğlu Əliyevin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Müxtəlif tipli sorğuları olan xidmət-ehtiyatlanma sistemlərinin riyazi modellərinin və analizi üsullarının işlənməsi” (“Разработка математических моделей и методов анализа систем обслуживания-запасания с разнотипными заявками”)” mövzusunda dissertasiya işi üzrə rəsmi opponent və müdafiənin keçirilmə tarixinin təyin edilməsi məsələsinə baxıldı. Sonra açıq səsvermə keçirildi, müvafiq qərarlar qəbul edildi.


