AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Elmi şuranın iclası keçirildi

16.12.2015 / Elmi şuranın iclasları
16  dekabr 2015-ci il tarixində İdarəetmə Sistemləri  İnstitutunin Elmi Şurası keçirilmişdir.

Elmi şuranın iclasını giriş sözü ilə açan İSİ-nin direktoru, akademik  Telman Əliyev görkəmli Azərbaycan alimi, Azərbaycan Milli elmlər akademiyasının həqiqi üzvü,  Azərbaycanda kibernetika, informatika və idarəetmə elminin yaradılmasının əsasını qoymuş    İsmayıl İbrahimovun 100-illik yubileyinə həsr olunmuş məruzə ilə çıxış etdi. Akademik T. Əliyev öz çıxışında  İsmayil müəllimin rəhbərliyi altında uzun illər neft sahəsində SSRİ və xarici ölkə kadrlarınin hazırlığını yerinə yetirən Azərbaycan Neft və Kimya İnstitutunun (AZİİ) məşhur bir elm və təhsil ocağı olmasını, son 30 ildən artıq dövrdə Kibernetika İnstitutunda fəaliyyət göstərən alimın  elmin bu sahəsinin inkişafına böyük töhfələr verməsini qeyd etdi. İsmayıl müəllim öz əməyinə görə keçmiş SSRİ-nin ən böyük ali mükafatlarına - Sosialist Əməyi Qəhrəmanı və SSRİ Dövlət mükafatına layiq görülmüş, tədris sahəsində çalışan ilk və yeganə Azərbaycan alimi olduğu,İ. İbrahimovun Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini kimi və elm sahəsindəki fəaliyyəti nəinki alimlərimiz, həm də bütün Azərbaycan xalqı üçün bir nümunə olduğu və  Respublika prezidentinin qərarı ilə İsmayıl İbrahimovun "Şərəf” ordeni ilə təltif edilməsinin  bizdə böyük qürur hissi doğurduğunu vurğuladı.

Direktor bu il AMEA nın 70 illik yubeliyi ilə  ilə yanaşı, İSİ-nin  də 50 illik yubileyinin keçirildiyini geyd etdi.
AMEA nın 70 illik yubeliyində Prezident İlham Əliyevin nitqindən irəli gələn İSİ-yə aid məsələlər barədə  məlumat verdi.
Elmi şurada akademik  Telman Əliyev rəhbərlik etdiyi elm müəssisəsinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatını təqdim etdi: 2015-ci ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələr,  həmçinin fundamental elmi-tədqiqat işlərinin nəticələrinin sənayədə tətbiqi, beynəlxalq əlaqələr və qrantlar, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verdi.

Eyni zamanda iştrakçılar Elmi Şuranın gündəliyindəki aşağıda qeyd olunan məsələləri ilə də tanış olub müzakirələrdə iştirak etdilər:
- AMEA-nın 04 noyabr 2015-ci il tarixli "AMEA üzrə veb-saytların monitorinqinin nəticələri haqqında” 16/6 qərarına əsasən İnstitutda veb-saytın fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün veb qrupun yaradılması haqqında
- İnstitutun doktoranturasına (doktorantura yolu ilə elmlər doktoru və dissertantura yolu ilə elmlər və fəlsəfə doktoru hazırlığı üzrə) qəbulu haqqında
- АМЕА-nın  09 dekabr 2015-ci il tarixli 18/5 №-li  "Azərbaycan Milli Elmlər Akademiyasının maqistraturasına 2016/2017-ci tədris ili üçün qəbul planı haqqında” qərarı
- "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 28 dekabr 2015-ci il tarixli 54-279 nömrəli məktubu haqqında

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi