AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən biri kəşf edilib

20.06.2022 / Maraqlı məlumatlar

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər. Kəşf edilmiş kosmik obyekt saatda 2.2 milyon km sürətlə hərəkət edir. Sözügedən obyekt supernova partlayşı nəticəsində yaranıb və o, Süd Yolu qalaktikasının sərhədlərindən kənara çıxa bilər. Yüksək kütləli ulduzlar öz həyat dövrlərini əsasən supernova partlayışı ilə yekunlaşdırırlar. Bu hadisədən sonra kosmosda kosmik dumanlıq şəklində supernova qalıqları qalır. Lakin partlamış ulduzun nüvəsi nəticədə ya çox sıx və kiçik neytron ulduzuna ya da qara dəliyə çevrilə bilər. Əgər supernova partlayışı müəyyən şəkildə baş veribsə, bu halda çoxlu miqdarda enerji yaranır və həmin enerji neytron ulduzunun kosmosda yüksək sürətlə hərəkət etməsinə gətirib çıxarda bilər.

Sürət o qədər yüksək ola bilər ki, nəticədə neytron ulduz öz doğma qalaktikasından ayrıla bilər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə alimlər sübut etmişdilər ki, qara dəliklər də qalaktikalararası məkana çıxa bilərlər. Kəşf edilmiş yüksək sürətli kosmik obyektə gəldikdə isə söhbət, pulsardan (neytron ulduzun bir növü) gedir. Bu ulduzlar periodik olaraq impulslar ifraz edirlər və çox sürətlə fırlanırlar. Kosmik məkanda saatda 2.2 milyon km sürətlə hərəkət edən pulsarı alimlər G292.0+1.8 adlı supernova qalığının müşahidəsi nəticəsində aşkar ediblər. Sözügedən supernova qalığı Yer kürəsindən 20.000 işıq ili uzaqlığında yerləşir.

Lakin verilmiş məlumata əsasən bu obyekt Süd Yolu qalaktikasının ən sürətli obyekti deyil. Süd Yolu qalaktikasının ən yüksək sürətlə hərəkət edən ulduzu qalaktikanın mərkəzində yelrəşən yüksək kütləli qara dəlik ətrafında fırlanan ulduzdur. Belə ki, o, saniyədə 24.000 km sürətlə hərəkət edir. Alimlər belə qənaətə gəliblər ki, kəşf edilmiş yeni kosmik obyekt bu cür yüksək sürəti müəyyən supernova partlayışı hesabına əldə edib. Alimlər müəyyən müddətdən sonra pulsarın hərəkət sürətinin düşəcəyini söyləsələr də, onlar güman edirlər ki, hal hazırda onun sürəti saatda 2.2 milyon km-dən yüksək ola bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsi Günəş ətrafında saatda 107.000 km sürətlə hərəkət edir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi