
Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir

22 iyun 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriyalarının birgə seminarında Nuriyeva İlahə Əfsər qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi “Neft emulsiyasında su damcılarının koalestensiyası və dinamik çökməsi proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi elmi seminarın qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.