AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft Windows 8-in təkmilləşdirilmiş versiyasının dəstəyini dayandırmağa hazırlaşır

28.06.2022 / Maraqlı məlumatlar

Microsoft şirkəti Windows 8.1 istifadəçilərinə sözügedən əməliyyat sisteminin dəstəyinin 10 yanvar 2023-cü il tarixində dayandırılacağı barəsində bildirişi göndərməyə hazırlaşır. Həmin bildirişin istifadəçilərə artıq gələn ay göndəriləcəyi gözlənilir. Beləliklə göndəriləcək bildiriş Windows 8.1-in dəstəyinin dayandırılacağına dair ilk xəbərdarlıq olacaq. Qeyd etmək lazımdır ki, Microsoft Windows 8-in dəstəyini hələ 2016-cı ildə dayandırmışdı. Lakin onun təkmilləşdirilmiş versiyası olan Windows 8.1-in dəstəyi yalnız 2023-cü ilin yanvar ayında dayandırılacaq.

Bununla belə biznes üçün Extended Security Update yenilənməsi hətta ödənişli şəkildə də mümkün olmayacaq. Beləliklə ya yeni əməliyyat sisteminə keçid etmək ya da təhlükəsizlik baxımından bütün riskləri gözə alıb Windows 8.1-dən istifadəni davam etdirmək lazım gələcək. İlk növbədə sensorlu ekrana sahib cihazların istifadəçiləri üçün nəzərdə tutulmuş Windows 8.1-in istifadəyə verilməsindən müəyyən müddət sonra Microsoft bu əməliyyat sisteminə Start düyməsini və bir sıra ənənəvi funksiyaları geri qaytarmalı oldu. 2015-ci ildə Microsoft Windows 10-u istifadəyə verdi və əməliyyat sisteminin 8-ci seriyası öz məntiqi sonluğuna irəliləməyə başladı.

Microsoft-un sözlərinə əsasən Windows 8 və Windows 8.1 istifadəçilərinin çoxunun cihazları Windows 11-i dəstəkləmirlər. Buna görə də onlara alternativ olaraq Windows 10-a keçid etmək məsləhət görülür. Windows 10-un dəstəyi isə 14 oktyabr 2025-ci il tarixinə imi davam edəcək. Təbii ki, 10 yanvar 2023-cü ildən sonra Windows 8.1-in fəaliyyəti tamamilə dayandırılmayacaq. O, əvvəlki kimi çalışmağa davam edəcək. Lakin Microsoft şirkəti tərəfindən daimi yenilənmələrin artıq təqdim edilməməsi səbəbəilə sözügedən əməliyyat sistemi lazımi səviyyədə təhlükəsizliyi təmin edə bilməyəcək.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi