AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratmağı planlaşdırır

28.06.2022 / Maraqlı məlumatlar

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi üzərində çalışır. Sözügedən təşkilatların mütəxəssisləri Ayda yerüstü nüvə enerqosistemi üçün nəzərdə tutulmuş artıq 3 layihəni seçiblər. Həmin layihələr özəl şirkətlər tərəfindən reallaşdırılacaq. NASA-nın planına əsasən bu məsələdə baş tutacaq müsabiqə nəticəsində seçiləcək bir layihəni artıq bu onilliyin sonunda Ayda reallaşdırmaq mümkün olacaq. Bundan əlavə olaraq NASA hesab edir ki, Ayda nüvə enerqosisteminin yaradılması üçün nəzərdə tutulmuş texnologiyaları həmçinin yeni nüvə mühərriklərinin yaradılmasında da istifadə etmək mümkün olacaq.

Həmin nüvə mühərrikləri sayəsində isə kosmik gəmilər təkcə Aya və Marsa deyil, həmçinin Günəş sisteminin digər planetlərinə də səyahət edə biləcəklər. Ayda nüvə enerqosisteminin yaradılması üzrə NASA hələ ki, 3 şirkət ilə müqavilə bağlayıb. Söhbət, Lockheed Martin, Westinghouse of Cranberry Township və IX adlı şirkətlərdən gedir. Sözügedən şirkətlər il ərzində Aydakı enerqosistemin yaradılması üzrə konsept layihələrini təqdim etməlidirlər. Bağlanılmış hər bir müqavilənin dəyəri 5 milyon dollar təşkil edir. Bu vəsait sayəsində hər bir şirkət 40 kilovatt gücündə nüvə enerqosisteminin konseptini hazırlamalıdır. Bununla belə enerqosistem Ayda minimum 10 il çalışma potensialına sahib olmalıdır.

Mütəxəssislərin sözlərinə əsasən nisbətən kiçik və istifadə də rahat olan nüvə enerqosistemləri Ay səthində yerləşdikləri yerdən asılı olmayaraq fasiləsiz enerji təminatını yerinə yetirə bilərlər. NASA mütəxəssisi olan Jim Reuter hesab edir ki, yeni texnologiyalar Ayda və Marsda mövqeləri bərkitməklə yanaşı həmçinin digər planetlərə səyahət etmək imkanını da verə bilərlər. “Bu layihələrin hazırlanması Ayda nüvə energetikasının yaradılması yolunda ilk addımlardır. Müsabiqədə iştirak edən özəl şirkətlərin bu istiqamətdə sərgiləyəcəkləri layihələr mənə çox maraqlıdır” - deyə ABŞ Energetika Nazirliyinin təmsilçisi John Wagner qeyd edib. NASA ilkin hazır konseptləri əldə etmək və nəticədə onlardan birini seçmək istəyir. Seçilmiş konsept layihə isə növbəti maliyyələşmə prosesinə keçid edəcək.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi