Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
28.06.2022 / Dissertasiya şurasının iclasları28 iyun 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının birgə seminarında Mustafayeva Esmira Əli qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi “İnternet kanallarında xidməti informasiyanın gizli ötürülməsi üsullarının və texnologiyalarının işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi elmi seminarın qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.