AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmosun ən uzaq məsafəsinə nəzər yetirmək: James Webb teleskopu yeni rekorda hazırlaşır

30.06.2022 / Maraqlı məlumatlar

12 iyul tarixində astronomiya sahəsində növbəti vacib hadisə baş verəcək. Belə ki, məhz həmin gündə NASA ilk dəfə olaraq James Webb kosmik teleskopu tərəfindən çəkilmiş fotoları təqdim edəcək. Astronomiya sahəsi ilə yaxından-uzaqdan maraqlanan hər bir şəxsin səbrsizliklə gözlədiyi bu hadisə barəsində NASA bəzi məlumatları təqdim edib. Hal hazırda dünyanın ən güclü kosmik teleskopu olan və yaradılışına milyardlarla dollar vəsait xərclənmiş James Webb 12 iyul tarixində öz elmi missiyasına start verəcək. NASA-nın rəhbəri olan Bill Nelson-un sözlərinə əsasən James Webb tərəfindən çəkilmiş yüksək keyfiyyətli fotolar məhz 12 iyul tarixində təqdim ediləcək. “Təqdim ediləcək fotolara gəldikdə, bu, kainatın ən uzaq hissəsinə yetirilmiş nəzər olacaq. Bizim tariximiz ərzində heç bir teleskop kainatın bu dərəcədə dərinliyinə nəzər salmayıb” - deyə Bill Nelson qeyd edib. İndiyənə kimi alimlər teleskoplar vasitəsilə kainatın Böyük partlayışdan maksimum 330 milyon il sonrakı vəziyyətinə kimi nəzər sala biliblər. Böyük partlayış isə təqribi olaraq 13.8 milyard il bundan öncə baş verib

Lakin alimlər əmindirlər ki, James Webb teleskopu 330 milyon il rekordunu asanlıqla keçəcək və kainatın yaranmasından sonra nələrin baş verdiyinə nəzər salmağa imkan verəcək.

James Webb teleskopunun bu cür nailiyyəti əldə edə biləcəyinin əsas səbəbi ondan ibarətdir ki, o, böyük öçülü güzgüyə və 4 ədəd müasir güclü elmi təchizata sahibdir. Sözügedən teleskop işığı infraqırmızı diapazonda görsə də, o, mövcud olan bütün infraqırmızı teleskoplardan daha güclüdür. Öz təchizatları hesabına James Webb qaz və tozdan ibarət sıx buludların arxalarında gizlənən obyektləri görə bilər. Ən əsası da odur ki, bu teleskop kainatın ən uzaq yerlərindən gəlmiş işığı da görə bilir.

“Qeyd etmək lazımdır ki, James Webb təkcə uzaq kosmosu və Günəş sistemini müşahidə etməyəcək. Teleskopun əsas tapşırıqlarından biri də uzaq məsafədə yerləşən ekzoplanetlərin müşahidə edilməsidir. Bunun sayəsində biz onların atmosferlərinin Yer kürəsinin atmosferinə nə dərəcədə bənzədiklərini öyrənməyə və kainatın müxtəlif qəliz suallarına cavab tapmağa çalışacağıq: Biz hardan gəlmişik? Biz kimik? Kosmosun dərinliklərində hansı sirlər var? Düşünürəm ki, biz hətta hələ özümüzə vermədiyimiz sualların cavablarını da tapa biləcəyik. Çünki biz bu cür miqyasda hansı sualların verilməsi lazım gəldiyini bilmirik” - deyə Bill Nelson qeyd edib.

NASA-nın aparıcı alimi olan Thomas Zurbuchen-in sözlərinə əsasən 12 iyul tarixində James Webb həmçinin uzaqda yerləşən ekzoplanetlərdən birinin dəqiq analiz məlumatlarını da təqdim edəcək. Teleskop həmin ekzoplanetin kimyəvi tərkibi, özəllikləri, səthi, orda suyun mövcud olub-olmaması barəsində məlumatları təqdim edəcək. NASA administratoru müavini Pam Melroy həmçinin xoş xəbər də verib. Belə ki, mütəxəssislərin hesablamalarına əsasən James Webb teleskopu kosmosda 20 il ərzində çalışa bilər. İlk əvvəl isə mütəxəssislər bu müddətin 10 il olduğunu qeyd edirdilər. 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi