AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

James Webb vasitəsilə çəkilmiş ilk möhtəşəm fotolar təqdim edilib

13.07.2022 / Maraqlı məlumatlar

NASA James Webb kosmik teleskopu vasitəsilə çəkilmiş ilk fotolardan bir neçəsini təqdim edib. Bununla yanaşı sözügedən teleskop vasitəsilə əldə edilmiş spektoqrafik məlumatlar da var. Təqdim edilmiş fotolar James Webb teleskopunun nəyə qadir olduğunu və astronomiya sahəsində yeni dövrə qədəm qoyduğunu sərgiləyib. “Bu gün biz, James Webb teleskopu vasitəsilə kosmosa tamamilə yeni baxış növünü insanlara təqdim edirik. O baxış növü ki, insanlar indiyənə kimi heç zaman görməyiblər. İndiyənə kimi kainatın ən dərin infraqırmızı təsviri də daxil olmaqla bu fotolar James Webb teleskopunun bizim hələ düzgün şəkildə verə bilmədiyimiz suallara necə cavab tapmaq lazım olduğunu sərgiləyirlər. Söhbət, kainatımızı yaxşı anlamağa və insanların kainatdakı yerlərini təyin etməyə imkan verəcək suallardan gedir” - deyə NASA-nın rəhbəri Bill Nelson qeyd edib. Qeyd etmək lazımdır ki, yeni nəsil kosmik teleskopun ilk olaraq araşdırmalı olduğu kosmik obyektlər NASA, Avropa Kosmik Agentliyi, Kanada Kosmik Agentliyi və Kosmik Teleskop Vasitəsilə Kosmik Tədqiqatlar İnstitutu mütəxəssisləri tərəfindən birgə seçilib.

Stefan Kvinteti Pegas bürcündə yerləşən kompakt qalaktikalar qrupudur. James Webb teleskopu sözügedən qalaktikalar qrupuna daxil olan qalaktikalardan birini əhatə edən ulduz tozu maneəsinin digər tərəfinə nəzər yetirərək orda yerləşən yüksək kütləli qara dəliyin qaz tərkibini görə bilib. Bu məlumatlardan istifadə edərək alimlər bir-biriləri ilə qarşılıqlı əlaqədə olan qalaktikaların bir-birilərində yeni ulduzların yaranmalarına necə təsir göstərdiklərini və həmin qalaktikalarda qaz təsirinin necə baş verdiyini öyrənə biləcəklər.

Kosmosun dərinliklərinin fotolarını çəkməklə yanaşı James Webb teleskopu Feniks bürcündə yerləşən və Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığından yerləşən WASP-96b adlı qaz ekzoplanetinin atmosferinin spektoqrafik məlumatlarını əldə edib. Sözügedən ekzoplanetin kütləsi Yupiterin kütləsinin yarısına bərabərdir. Teleskop vasitəsilə reallaşdırılmış ilkin analiz bu ekzoplanetin atmosferində suyun olduğunu göstərib.

Cənub halqası dumanlığı genişlənən qaz bulududur və o, artıq ölən ulduzu əhatə edir. Sözügedən dumanlıq Günəşdən 2000 işıq ili uzaqlığında Yelkən bürcündə yerləşir.

James Webb teleskopu Kil bürcündə yerləşən Kil dumanlığının fotosunu çəkə bilib. Sözügedən dumanlıq Günəşdən 7600 işıq ili uzaqlığında yerləşir. O, Süd Yolu qalaktikasında yeni ulduzların yarandıqları ən böyük sahələrdən biridir. Çəkilmiş fotoda dumanlığın qayalara bənzəyən hissələri əks olunublar. Qayalara bənzəyən həmin hissələrin ən böyüklərinin hündürlükləri 7 işıq ili təşkil edir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi