AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyası mövzusunda təlim kursu başa çatıb

18.07.2022 / Maraqlı məlumatlar

Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyası mövzusunda başlanmış dörd moduldan ibarət təlim kursu başa çatıb.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə dörd moduldan ibarət təlim kursunun ikinci günündə təqdim ediləcək mövzular və qonaq çıxışçılar barədə məlumat verib.

Türkiyənin “Geleneksel Sanatlar Derneğinin” rəhbəri Ahmet Akcan çıxış edərək rəhbəri olduğu dərnəyin tarixi, fəaliyyətlər istiqamətləri, həyata keçirdiyi layihələr, tərəfdaşları, beynəlxalq səviyyədə icra etdikləri təşəbbüsləri haqqında iştirakçılara məlumat verib. Çıxışında Türkiyədə mədəniyyət sahəsində idarəetmə və siyasətin həyata keçirilməsində dövlət-özəl, dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığı nümunələrindən, ənənəvi sənətlərin qorunması və inkişafında milli səviyyədə aktiv fəaliyyət göstərən fondlar, dərnəklər, vətəndaş cəmiyyəti təşkilatları və üst qurum təşkilatlarının fəaliyyətlərindən bəhs edib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən mədəni müəssisə və təşkilatların Türkiyə tərəfdaşları ilə fəal iş birliyinə dəvət edib.

Ardından, təlim kursunun ikinci gününün ilk təlimçisi olan yaradıcı sənayelər üzrə London Kral Kollecində magistr təhsili almış, ADA Universitetinin müəllimi Lalə Kişiyeva yaradıcı sənayenin əsas anlayışları, tarixi inkişaf mərhələləri, qlobal kontekstdə statistik rəqəmləri təqdim edərək əsas təməli insan yaradıcı düşüncəsinə dayanan bu sənaye növünün yeni rəqəmsal dövrdə açdığı imkanlar, hər bir fəaliyyət sahəsi üçün gətirdiyi imkanlar haqqında məlumat verib. İnteraktiv sual-cavab şəklində aparılan sessiyada iştirakçıların fəaliyyət sahələrində tətbiq edilən rəqəmsal texnologiyalar haqqında fikir mübadiləsi aparılıb və real keyslərin üstünlükləri və gətirdiyi yeni şərtlər müzakirə edilib. Təqdimatda, həmçinin blokçeyn texnologiyalarından yaradıcı sənaye məhsullarının dayanıqlı marketinqi və monetizasiyası üçün əsas vacib tətbiq istiqamətləri və tələbləri izah edilib. Sessiyada fərqli ölkələrdən mədəni fəaliyyət sahələrində uğurlu layihələrdən bəhs edilib və milli kontekstdə uğur hekayəsi olaraq sessiyaya kreativ sahibkar kimi dəvət edilmiş “Ninka Cards&Gifts” şirkətinin rəhbəri Nərgiz İbrahimova təlim iştirakçıları ilə öz uğur hekayəsini bölüşüb.

Təlim kursunun ikinci yarım günü “Arts Council” Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov rəhbəri olduğu təşkilatın fəaliyyətləri, həyata keçirdiyi layihələr, mədəni tədbirlər, festivallar, sərgilər, mühazirələr haqqında məlumat verərək Azərbaycan milli mədəni irsinin və sənət ənənələrinin xarici ölkələrdə təbliğinə dair reallaşdırılan təşəbbüsləri haqqında ətraflı məlumat verib. Günün ikinci yarım günü üzrə təlimçi, mədəniyyət və incəsənət sahəsi üzrə beynəlxalq ekspert Cahangir Səlimxanov mədəni layihələrin ərsəyə gəlməsində kreativ yanaşmalar, həllər, innovasiyalar mövzusunda təqdimatında müxtəlif layihə və proqramlar üzərindən kreativ metodikalar, uzlaşdırma qabiliyyətləri, kreativ ekspertimentlərindən danışıb. Fərdi çalışmalar üzərindən kreativ metodlarla simvol quruculuğu sessiyası təşkil edilib.

Sonda, Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Ramil Abbəkirov nazirliyin ölkəmizdə yaradıcı sənayelərin inkişafı sahəsində strateji fəaliyyət istiqamətləri və Milli Prioritetlər çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə təqdimat edib. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, Education HUB və “Zəka İşığında” ictimai birliyinin nümayəndələri iştirak ediblər.

AzərTac

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi