AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Amerikalı alimlər: 'Yadplanetli sivilizasiyalar ulduzları siqnalların ötürülməsi üçün istifadə etmiş ola bilərlər'

19.07.2022 / Maraqlı məlumatlar

Amerikalı alimlər potensial yadplanetlilər tərəfindən göndərilə biləcək siqnalların necə təyin edilmələri üzrə yeni nəzəriyyəni irəli sürüblər. Tədqiqatçıların fikirlərinə əsasən bu və ya digər yadplanetli sivilizasiya ulduzlardan istifadə edərək özünün ulduzlararası əlaqə şəbəkəsini qurmuş ola bilər. Əgər bu həqiqətən də belədirsə, deməli biz, Günəş sayəsində ötürülən siqnalları dinləyə bilərik. Vaxtı ikən Albert Eynşteyn Ümumi nisbilik nəzəriyyəsiçərçivəsində qravitasiya linzası halını proqnozlaşdırmışdı. Qravitasiya linzasının əsas ideyası ondan ibarətdir ki, yüksək kütləli kosmik obyektlər (ulduzlar, qalaktikalar, qalaktikalar qruplaşması və s.) Yer kürəsindən uzaqda yerləşən fon obyektlərindən gələn işığın istiqamətini dəyişirlər. Nəticədə uzaqda yerləşən kosmik obyektlərin işıqları qravitasiya linzası rolunda çıxış edən obyektlərdən keçərək fokuslanır və güclənirlər. Bunun sayəsində alimlər işıqları birbaşa təyin edilə bilinməyən ulduzlar ilə qalaktikaları müşahidə edə bilirlər.

Buna görə də potensial yadplanetli sivilizasiyalar siqnalları gücləndirməyə qadir olan ulduzlardan istifadə edərək özlərinin ulduzlararası əlaqə şəbəkələrini yaratmış ola bilərlər. Alimlər düşünürlər ki, bu halda bizim Günəş qalaktikamızdakı radiosiqnalların ötürülməsi üçün nəzərdə tutulmuş nöqtələrdən biri ola bilər. Bu cür siqnalları təyin etmək mümkün olsa, bu, bizim, kainatda tək canlı varlıqlar olmadığımızı sübut edəcək. Tədqiqatçıların irəli sürmüş olduqları nəzəriyyəyə əsasən yadplanetli sivilizasiyalar Yer kürəsində mobil telefonların əlaqə şəbəkələrinə bənzəyən bir şəbəkə yaradıblar. İnsanların zəng edib və ya zəngləri qəbul etmələri üçün elektromaqnit dalğalar mobil şəbəkə qüllələrinə ötürülür və ordan yayılmağa davam edirlər. Bu halda bizim qalaktikamızdakı mobil şəbəkə qüllələri qismində məhz ulduzlar çıxış edirlər.

“Siqnalların ötürülməsi üçün nəzərdə tutulmuş aparatların Günəş ətrafında düzgün şəkildə yerləşdirilməsi halında Günəş qravitasiya linzası rolunda çıxış edərək həmin aparatdakı siqnalları gücləndirəcək və digər nöqtələrə ötürəcək. Biz həmçinin düşünürük ki, bu cür siqnalları əldə etmək də olar” - deyə Pensilvaniya Ştatı Universitetinin mütəxəssisi Nick Tusay qeyd edib. Alimlər hətta bizə yaxın olan Alfa-Sentavr adlı ulduz sistemindən gələ biləcək siqnalları təyin etməyə çalışıblar. Lakin onlar hələ ki, heç bir şey aşkar etməyiblər. “Biz öz nəzəriyyəmizi sadəcə 1 dəfə yoxlamışıq. Ola bilər ki, bizim apardığımız test zamanı ümumiyyətlə heç bir siqnal ötürülməsi reallaşdırılmayıb. Ola bilsin ki, biz öz hesablamalarımızda hansısa səhvə yol vermişik. Biz öz nəzəriyyəmizin doğruluğunu təsqid etmək niyyətindəyik” - deyə Nick Tusay bildirib. Alimlərin fikrincə qravitasiya linzası üsulu vasitəsilə təkcə siqnalları təyin etmək yox həmçinin gələcəkdə digər ulduz sistemlərinə göndəriləcək kosmik gəmilər ilə əlaqə də yaratmaq mümkündür.
technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi