AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər qalaktikamızdan kənarda yatmış qara dəlik kəşf ediblər

20.07.2022 / Maraqlı məlumatlar

Alimlərin fikirlərinə əsasən yatmış qara dəliklər kainatda çox geniş yayılmış bir haldır. Lakin buna baxmayaraq onların aktiv olmadıqları səbəbilə onları aşkar etmək çox qəliz məsələdir. Beynəlxalq alimlər komandası isə öz növbəsində Çilidə yerləşən VLT adlı güclü yerüstü teleskop vasitəsilə yatmış qara dəlikdən və qonşu ulduzdan (mavi ifratnəhəng ulduz) ibarət ikili sistem aşkar edib. Ulduz kütləsinə sahib yatmış qara dəliklər aktivlik sərgilməyən qara dəliklərdir. Yəni bu cür qara dəliklər öz ətraflarındakı maddəni udmurlar. Əgər bu cür qara dəliyin ətrafında “qida” qismində iştirak edə biləcək hər hansısa kosmik obyekt yoxdursa, o, rentgen şüalanması ifraz etmir. Müvafiq olaraq bu cür qara dəliyi aşkar etmək çox qəlizləşir. Düşünülür ki, bu cür qara dəliklər müəyyən müddətdən sonra oyanırlar. Bu isə öz növbəsində oyanan qara dəliyin yaxınlığında yerləşən qonşu ulduzun sahib olduğu orbitin stabilliyini poza bilər.

Bunun baş verdiyi halda nəticə etibarilə ulduz qara dəlik tərəfindən udulur. Yatmış qara dəliyin və ona yaxın yerləşən qonşu ulduzun mövcud olduqları ikili sistem VFTS243 adını əldə edib. Sözügedən ikili sistemdə yerləşən mavi ifratnəhəng ulduzun kütləsi bizim Günəşin kütləsindən 25 dəfə böyükdür. Yatmış qara dəlik isə qeyd edilmiş ulduzun maddəsini udmur. Bununla belə qara dəliyin kütləsi Günəşin kütləsindən 9 dəfə böyükdür. Alimlər uzun illər ərzində Süd Yolu qalaktikasından kənarda yerləşən yatmış qara dəliyin axtarışı ilə məşğul idilər. Nəticədə onlar bu cür kosmik obyekti tapa bildilər. Yatmış qara dəlikdən və qonşu ulduzdan ibarət ikili sistem Süd Yolu qalaktikasına yaxın yerləşən Böyük Magellan Buludu adlı qalaktikadakı Tarantula dumanlığında yerləşir. “Bu həqiqətən də inanılmaz bir kəşfdir. Bu, Süd Yolu qalaktikasından kənarda aşkar edilmiş ulduz kütəli ilk yatmış qara dəlikdir. Bu kəşf ulduzların öz dövrlərini necə sonlandırdıqlarını başa düşmək yolunda vacib bir kəşfdir” - deyə Şeffild Universitetinin (Böyük Britaniya) mütəxəssisi Paul Crowther qeyd edib.

“Biz hesab edirik ki, hər bir qalaktikada milyardlarla yatmış qara dəlik mövcuddur. Onlardan birinin bizim qalaktikadan kənarda aşkar edilməsi samanlıqda iynənin tapılması kimi bir şeydir” - deyə Amsterdam Universitetinin mütəxəssisi Tomer Shenar qeyd edib. Alimlərin sözlərinə əsasən ulduz kütləli qara dəlik nəhəng ulduzun öz həyat dövrünün sonunda fərdi qravitasiya gücünün təsiri altında sıxılması zamanı yaranır. Ulduzun qara dəliyə çevrilməsi prosesi supernova partlayışı ilə müşaiyət edilir. Lakin aparılmış tədqiqatlar onu göstəriblər ki, kəşf edilmiş yeni yatmış qara dəlik partlayışsız yaranıb. “Nəticədə bu yatmış qara dəliyə çevrilmiş ulduz sadəcə olaraq yoxa çıxıb. Heç bir supernova partlayışı olmayıb. Ulduzlarla bu cür hadisənin baş verə biləcəyinə dair nəzəriyyə hələ bir neçə müddət bundan öncə ortaya çıxmışdı. Lakin bizim kəşfimiz ulduzların qara dəlikləri supernova partlayşı olmadan yarada bildiklərinə dair dəqiq sübutdur” - deyə Tomer Shenar bildirib.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi