AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

James Webb teleskopu kainatın ən qədim qalaktikasını kəşf etmiş ola bilər

21.07.2022 / Maraqlı məlumatlar

James Webb kosmik teleskopunun öz işinə başlamasından cəmi 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq alimlər artıq tarixi bir kəşf barəsində məlumat veriblər. Belə ki, yeni nəsil kosmik teleskop kainatın ən qədim qalaktikasını kəşf etmiş ola bilər. Kəşf edilmiş qalaktikanın təqribi olaraq 13.5 milyard il yaşı var. Yəni sözügedən qalaktika Böyük partlayışdan 300 milyon il sonra formalaşıb. Qeyd etmək lazımdır ki, kəşf edilmiş yeni qalaktika əvvəlki ən qədim qalaktikadan yaşca 100 milyon il daha böyükdür. Beləliklə James Webb teleskopu indiyənə kimi heç bir teleskopun edə bilmədiyini edib.

O, kainatın ən uzaq keçmişinə nəzər salıb. Verilmiş məlumata əsasən teleskopun NIRCam adlı yaxıninfraqırmızı kamerası vasitəsilə kəşf edilmiş ən qədim qalaktika GLASS-z13 (və ya GN-z13) adını əldə edib. alimlərin sözlərinə əsasən GN-z13 adlı qalaktikanın dəqiq olaraq Böyük partlayışdan 300 milyon il sonra mövcud olmasına baxmayaraq, o, həmin milyonlarla il ərzində istənilən an formalaşa bilərmiş. Növbəti mərhələdə aparılacaq əlavə müşahidələr bu qalaktikanın dəqiq yaşını təyin etməyə imkan verəcək. Məlumatda qeyd edilib ki, bu qalaktika çox kiçik ölçüyə sahibdir. Belə ki, onun diametri cəmi 1600 işıq ili təşkil edir.

Bu qalaktikanın nə dərəcədə kiçik ölçüyə sahib olduğunu anlamaq üçün qeyd etmək lazımdır ki, bizim Süd Yolu qalaktikamızın diametri 100 000 işıq ili təşkil edir. Lakin GN-z13-ün kütləsi 1 milyard Günəş kütləsinə bərabərdir. Ən qədim qalaktikalar arasında əvvəlki rekordçu GLASS-zn11 (və ya GN-z11) adlı qalaktikadır. O, 2015-ci ildə Hubble teleskopu vasitəsilə kəşf edilmişdi. GN-z11-in 13.4 milyard il yaşı var və onun diametri 2300 işıq ili təşkil edir. Lakin onun kütləsi yenicə kəşf edilmiş GN-z13 adlı qalaktikanın kütləi ilə eynidir. Ən maraqlısı isə odur ki, bu iki qalaktika kosmosun eyni sahəsində yerləşir.

“James Webb kosmik teleskopunun potensialı böyükdür. Ən əsası da odur ki, o, kainatın ilk ulduzları ilə qalaktikalarını müşahidə etmək üçün kosmosun ən uzaq nöqtələrinə nəzər yetirə bilər. Edilmiş yeni kəşfin hələ əlavə ekspert qiymətləndirməsinə ehtiyac duymasına baxmayaraq söyləmək olar ki, James Webb bu cür uzaq məsafədə yerləşən kosmik obyektləri asanlıqla təyin edə bilir və bu, çox heyrətləndiricidir” - deyə Kopenhagen Universitetinin mütəxəssisi Gabriel Brammer qeyd edib.

Alimlərin fikirlərinə əsasən öz kiçik ölçüsünə baxmayaraq GN-z13 adlı qalaktikanın böyük kütləyə sahib olmasının səbəbi onda ola bilər ki, erkən kainatda GN-z13 ilə GN-z11 qalaktikaları aktiv şəkildə böyüyərək öz ətraflarında mövcud olmuş ulduzları udublar. Alimlər bildiriblər ki, onlar GN-z13 qalaktikasının kainatda bilinən qalaktikalar arasında ən qədimi olmasına dair çoxlu sübutlara sahibdirlər. Lakin sözügedən qalaktikanın bilinən ən qədim qalaktika statusunu əldə etməsi üçün bəzi müşahidələr aparmaq lazımdır. Bu iki ən qədim qalaktika Böyük partlayışdan sonra ilk yüzlərlə milyon il ərzində mövcud olmuş qalaktikaların təkamülləri barəsində çoxlu məlumatlar verə bilər. Növbəti mərhələdə elmi cəmiyyət bu qalaktikanın bilinən ən qədim qalaktika olub-olmamasına dair müşahidələr aparmalıdırlar. 

technote.az

 

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi