AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın Yüksək Texnologiyalar Parkına 3 rezident qəbul olunub

28.07.2022 / Mühüm xəbərlər

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, şuranın üzvləri, YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, icraçı direktor Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş 3 müəssisənin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şuranın sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. O, tədbirin “Smart Security Solutions” MMC, “Troniq” MMC və “East Nano Technologies” MMC-nin YTP-də rezident kimi qeydiyyata alınmaları üçün təqdim etdikləri layihələrin müzakirəsinə həsr olunduğunu bildirib. Akademik Rasim Əliquliyev AMEA rəhbərliyinin və YTP-nin texnoloji yeniliklərin ölkəmizdə tətbiq edilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini vurğulayıb.

Sonra “Smart Security Solutions” MMC-nin nümayəndəsi Anar Əsgərov çıxış edərək 2021-ci ilin sentyabr ayından fəaliyyət göstərən müəssisənin müasir texnologiyaların tətbiqi ilə holoqrafik displeylərin istehsal texnologiyasını, smart ev sistemlərinin layihələndirilməsini və onların proqram təminatlarının yazılmasını həyata keçirdiyini bildirib. O, “Smart Security Solutions” MMC-nin respublikada analoqu olmayan müasir texnoloji məhsulların yığılması və istehsalı ilə yanaşı, satışının təşkilini də həyata keçirəcəyini qeyd edib.

Daha sonra YTP-nin rezidenti statusunu almaq üçün iddialı olan “Troniq” MMC-nin təsisçisi və direktoru Anar Nəbiyev çıxış edərək şirkətin 2019-cu ilin dekabr ayından fəaliyyətə başladığını deyib. Anar Nəbiyev müəssisənin Yüksək Texnologiyalar Parkı ərazisində yerləşən istehsal sahəsində müxtəlif avadanlıqların və robototexnikaların istehsalı, onların süni intellekt vasitəsilə idarə edilməsi üçün müvafiq proqram təminatlarının yazılması, eyni zamanda, həmin avadanlıqlarda və digər sahələrdə istifadə olunacaq ana plataların istehsalı və satışının təşkilinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Rezidentlik üçün müraciət etmiş digər müəssisə - “East Nano Technologies” MMC-nin nümayəndəsi Kənan İsayev və baş mühəndisi Mehmet Çakıcı isə şirkətin əsas fəaliyyət istiqamətləri və YTP-yə rezidentlik üçün təqdim etdiyi layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin məqsədi müasir texnologiyaların tətbiqi ilə motorlu nəqliyyat vasitələri üçün hava, yağ və kondisioner filtrlərinin avtomatlaşdırılmış istehsalının təşkilini həyata keçirməkdən ibarətdir.

İclasda akademiklər Cavad Abdinov, Vaqif Fərzəliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Oktay Qasımov, Bəxtiyar Məmmədov, Oqtay Səmədov və texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov müzakirə olunan məsələlərə dair rəy və təkliflərini irəli sürüblər. Müzakirələrdə layihələrin proqram təminatının seçilməsi, xaricdən gətirilən xammalın yerli istehsalının təşkili, qiymət siyasətinin müəyyənləşdirilməsi, AMEA-nın elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tədbirdə Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.

Sonra adıçəkilən iddiaçıların YTP-nin rezidenti kimi qəbul edilmələrinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, onlara rezident statusu verilməsi qərara alınıb.

Daha sonra çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov elmtiutumlu innovativ layihələr təqdim edən rezidentlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, rezidentlərin qəbul olunmasına dəstək göstərdiyinə görə YTP-nin Ekspertlər Şurasına minnətdarlığını bildirib.

Sonda akademik Rasim Əliquliyev texnoparkda aparılan elmi araşdırmaların nəticəsi olan innovativ texnologiyalar, məhsul və layihələrin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında yüksək səviyyədə nümayiş olunduğunu xatırladıb. YTP-nin fəaliyyətinin gənclərin, startapların və İT-şirkətlərin diqqətini cəlb etdiyini deyən alim burada yaradılmış intellektual mühitin qorunması və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, texnoparkda müasir dövrün çağırışlarına adekvat olaraq, smart texnologiyaların tətbiqini, süni intellektə əsaslanan rəqabətədözümlü milli intellektual məhsulların hazırlanmasını yüksək qiymətləndirib.

Şura sədri müəssisələrin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəklərinə, YTP-də təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacaqlarına və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəklərinə inamını ifadə edib.

science.gov.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi