İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri Gülçin Abdullayeva Fəxri fərmanla təltif olunmuşdur
29.07.2022 / Mühüm xəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti ümumi yığıncağında Azərbaycanda süni intellekt və tibbi informatika sahəsində mühüm xidmətləri nəzərə alınaraq və 75 illik yubileyi ilə əlaqədar İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriya müdiri, r.ü.f.d., dosent Gülçin Abdullayevanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunması qərara alınmışdır.
İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından görkəmli alim Gülçin Abdullayevanı təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq!