AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

James Webb teleskopu 500 milyon işıq ili uzaqlığında yerləşən qalaktikanın fotosunu çəkib

04.08.2022 / Maraqlı məlumatlar

James Webb kosmik teleskopu Yer kürəsindən 500 milyon işıq ili uzaqlığında yerləşən ESO 350-40adlı qalaktikanın fotosunu çəkib. Sözügedən qalaktika Heykəltəraş bürcündə yerləşir və halqa formasına sahibdir. James Webb tərəfindən çəkilmiş fotoda ESO 350-40-dan əlavə olaraq ölçü baxımından ondan daha kiçik olan 2 qonşu qalaktika da əks olunub. Qeyd etmək lazımdır ki, sözügedən qalaktikaya başqa cür “Araba təkəri” də deyirlər. Onun bu cür adı əldə etməsinin əsas səbəbi formasındadır. Belə ki, onun forması araba təkərini xatırladır. Məlumata əsasən bu qalaktika öz formasını spiral formasında olmuş böyük və kiçik ölçülü qalaktika ilə yüksək sürətlə toqquşması nəticəsində əldə edib.
Qalaktikaların yüksək sürətlə toqquşmaları öz növbəsində “Araba təkəri” qalaktikasının formasına və strukturuna təsir göstərib. Bu qalaktika 2 ədəd halqaya sahibdir və həmin halqalar toqquşma mərkəzindən doğru genişlənirlər. Bu genişlənmə bir növ su səthi üzərinə atılmış daş nəticəsində yaranmış dalğanın yayılmasına bənzəyir. Sözügedən qalaktikanın parlaq nüvəsi çoxlu miqdarda isti tozdan ibarətdir. Qalaktikanın ən parlaq sahələri isə yeni nəhəng ulduz klasterlərinin (ulduzlardan ibarət qruplaşma) yarandıqları sahələrdir. Qalaktikanın 400 milyon il ərzində genişlənən xarici halqasında ulduzların aktiv yaranmaları prosesi gedir və supernova partlayışları baş verir.
technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi