NASA bu tarixdə Aya raket buraxacaq
05.08.2022 / Maraqlı məlumatlarNASA 29 avqust 2022-ci il tarixində Aya raket buraxılmasını planlaşdırır.
NASA mütəxəssislərinin məlumatında qeyd olunur ki, raket avqustun 18-də buraxılış meydançasına çatdırılacaq, bundan sonra raketin buraxılışdan əvvəl hazırlanması və onun çənlərinin yanacaqla doldurulmasına başlanılacaq.
Daşıyıcı raket Floridadakı Kennedi Kosmik Mərkəzindəki “Launch Complex 39B”dən buraxılacaq.