AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər Marsda oksigenin yeni əldə edilmə üsulunu təklif ediblər

21.08.2022 / Maraqlı məlumatlar

Portuqaliyalı alimlər yeni tədqiqat çərçivəsində Marsda oksigen istehsalı üçün yeni üsul təklif ediblər. Belə ki, onlar Mars atmosferində zəngin olan CO2 qazından oksigenin soyuq plazmanın istifadəsi ilə əldə edilməsini təklif ediblər. Laboratoriya şəraitində aparılmış təcrübələr onu sübut ediblər ki, bu üsul Mars şəraitində özünü yaxşı göstərəcək. Mars planetinə idarəolunan ilk uçuş missiyasının nə zaman baş verəcəyi dəqiq bilinmir. SpaceX şirkətinin CEO-su olan Elon Musk öz bəyanatlarında dəfələrlə qeyd edib ki, SpaceX artıq bu onilliyin sonunda insanları Marsa göndərə biləcək. NASA isə bu məsələ ilə bağlı daha praqmatik proqnozlar verir. Belə ki, onun proqnozlarına əsasəan Marsa ilk uçuş missiyası 2030-cu illərin ortalarında və ya 2040-cı illərin əvvəllərində baş verə bilər. Mars insan üçün heç də qonaqpərvər bir planet deyil.

Belə ki, onun səthində daimi ekstremal temperatur dəyişiklikləri baş verir, onun seyrək atmosferi kosmik və Günəş şüalanmasından qorumur və bununla yanaşı onun səthində nəfəs almaq üçün oksigen mövcud deyil.

Lakin oksigen problemini aradan qaldırmaq üçün Lissabon Universitetinin alimləri Marsda soyuq plazmanın istifadəsi ilə oksigenin əldə olunma mümkünlüyünü yoxlamaq üçün xüsusi laboratoriya təcrübəsi keçirdiblər. Marsda daimi məskunlaşacaq gələcək kolonistlər sağ qalmaq üçün planetin yerli resurslarından istifadə etməli olacaqlar. Bu cür resursların arasında isə həmçinin CO2 qazı mövcuddur. O, Mars atmosferinin 95%-ni təşkil edir. Portuqaliyalı alimlər isə soyuq plazma istifadəsi ilə Mars atmosferindəki CO2 qazından oksigenin əldə edilməsi üsulunu təklif ediblər. Belə ki, nəfəs almaq üçün lazım olan oksigeni əldə etmək üçün CO2 qazını karbona və oksigenə parçalamaq olar.

“Marsdakı şərtlər insana faydalı olacaq kimyəvi maddələrin əldə edilməsi yolunda plazma üsulunun istifadəsi üçün demək olar ki, idealdırlar. Marsın atmosfer tərkibi, təzyiqi və temperaturu kimi faktorlar soyuq plazma istifadəsi üçün əlverişli faktorlardır. Biz, laboratoriya şəraitində Mars şərtlərini yaratdıq və məlum oldu ki, gələcək kolonistlər plazma vasitəsilə yerindəcə oksigen əldə edə biləcəklər” - deyə Lissabon Universitetinin mütəxəssisi Vasco Guerra qeyd edib.

Qeyd etmək lazımdır ki, Marsın atmosferində mövcud olan CO2 qazından daha əvvəl də oksigen əldə edilib. Lakin bunu ilk dəfə insanların yerinə Mars səthində fəaliyyət göstərən Perseverance aparatı reallaşdırıb. Sözügedən aparat MOXIE adlı təchizatı vasitəsilə bu prosesi reallaşdırmışdı. Nəticədə aparat Mars atmosferindən təqribi olaraq 5 qramm oksigen əldə etmişdi. Lakin həmin kiçik təcrübə çərçivəsində NASA sadəcə olaraq Marsın atmosferindəki CO2 qazından oksigenin əldə edilmə mümkünlüyünü yoxlamışdı. İndi isə daha çox oksigenin əldə edilməsi üçün bu prosesin necə irimiqyaslı edilməsi həll olunmalıdır. Alimlər onu da qeyd ediblər ki, Mars atmosferindən əldə edilmiş oksigen təkcə nəfəs almaq üçün deyil, həmçinin raket yanacağının istehsalında da istifadə edilə biləcək. Portuqaliyalı alimlər bildriblər ki, onların texnologiyaları təkmilləşdirilməli və əlavə araşdırmalar aparılmalıdır. Lakin buna baxmayaraq Marsa yollanacaq gələcək kolonistlər ondan istifadə edə biləcəklər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi