AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov beynəlxalq konfransın açılış tədbirində çıxış edib

24.08.2022 / Mühüm xəbərlər

24 avqust 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.

 

İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov konfransın açılış tədbirində məruzə ilə çıxış edib. Sözügedən məruzəni diqqətinizə çatdırırıq:

 

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı 2005-ci ildə öz fəaliyyətinə Azərbaycanda başlayaraqmüasir dövrdə dünyanın aparıcı elmi-tətqiqat, universitet və tanınmış şirkətlərinin alim və mütəxəssislərinin diqqətini cəlb edən müzakirə və tətbiq platformasına çevrilmişdir. Sözügedən konfrans ölkədə optimal idarəetmə üsullarının və optimallaşdırma nəzəriyyəsinin, həmçinin onun praktikaya tətbiqinin inkişafında böyük rol oynamışdır. Nəticədə, ABŞ, İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və dünyanın bir sıra digər ölkələri ilə mövcud elmi əlaqələr gücləndirilmiş və bir çox elm mərkəzləri ilə yeni elmi əlaqələr yaradılmışdır.

 

Bundan başqa, ölkəmizdə yerinə yetirilən elmi işlərin səviyyəsi xeyli yüksəlmişdir. Optimallaşdırma üsulları və onların tətbiqi sahəsində alimlərimizin reytinqli beynəlxalq jurnallarındakı nəşrlərinin sayını təxminən 15 il bundan əvvəlki, yəni ilk COIA konfransının keçirildiyi vaxtla müqayisə etsək, görərik ki, 2005-ci ilə qədərki dövrlə müqayisədə son illər onların sayı dəfələrlə artmışdır. Bu nəşrlərin müəllifləri bizim o alimlərimizdir ki, onların əksəriyyəti bu konfransların fəal iştirakçılarıdır.

 

Bu konfranslar həm də bir çox elmi məktəblərin elmi nəticələrinin ciddi müzakirə olunduğu yerdir. Hansı ki bu elmi məktəblər müəyyən dərəcədə bu konfransların təqdim etdiyi elmi müzakirə imkanları hesabına möhkəmlənmiş və formalaşmışdır.

 

Daha bir mühüm nailiyyəti kimi ölkəmizdə beynəlxalq reytinqli jurnalların nəşrini hesab edə bilərik. Bu jurnallarda bir qayda olaraq, bu konfranslarda fəal iştirak edən müəlliflərin işləri nəşr olunur. Beynəlxalq bazalara daxil edilən jurnallar bunlardır: Clarivate Analytics şirkətinin Web of Science bazasına: Q1 kvortilində: impakt-faktoru 4,771 olan “Applied and Computational Mathematics” və impact-faktoru 2.722 olan “TWMS Journal of Pure and Applied Mathematics” jurnalı, Web of Science bazasına daxil olan "Proceedings of the Institute of Mathematics and Mechanics" jurnalı, SCOPUS, Mathematical Reviews, Zentralblatt MATH bazalarına daxil olan “Transactions Issue Mathematics” jurnalı, Web of Science bazasının ESCI (emerging) siyahısına daxil olan "Azerbaijan Journal of Mathematics" jurnalı.

 

İdarəetmə və səmərəli idarəetmə həmişə sənayedə, sosial-iqtisadi inkişafda, həyat təhlükəsizliyinin qorunmasında və digər sahələrdə əsas problemlərdən biri olmuş və müasir dövrdə 4-cü sənaye inqilabının canlandığı bir zamanda xüsusi aktuallıq və zərurət kəsb edir. Şübhə yoxdur ki, optimal idarəetmə, düzgün qərarqəbuletmə və nəticələrin qiymətləndirilməsi müasir elmi-tətqiqat, tətbiqi və təcrübi-konstruktor işlərinin aparılması sərhədsiz əməkdaşlıq, dünyanın əksər ölkələrinin və beynəxalq təşkilatların elmi-texniki potensialının birgə əməkdaşlığı nəticəsində mümkündür və bu istiqamətdə konfransımızın töhfəsi çox yüksək qiymətləndirilir.

 

Bu gün idarəetmənin diqqət mərkəzində mürəkkəb dinamik obyektlərin optimal idarəolunması,  nəzəri  və  praktiki  inkişafı  durur.  İdarəolunan  obyektlərin  o  cümlədən aviasiya vəkosmik texnika, kritik infrastruktur, atom elektrik stansiyası, mürəkkəb hərbi sistemlərin  qeyri-müəyyənlik amilləri  və  dəyişən  mühit şəraitində  işləmələri  və  yüksək təhlükəsizlik  tələbləri  şəraitində  müasir  adaptiv  intellektual  idarəetmə  və  monitorinq sistemlərinin qurulmasında yeni yanaşmalar tələb edir.

 

Geniş mənada idarəetmə qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsi prosesidir ki, bu da inteqral qiymətləndirmələrə əsasən müəyyən topludan bir və ya bir neçə alternativin çox meyarlı seçimini nəzərdə tutan kifayət qədər mürəkkəb intellektual məsələdir. Qərarların qəbul edilməsi istənilən tətbiq sahəsində ən çox rast gəlinən problemlərdən biridir. Belə ki,İdarəetmə    Sistemləri İnstitutunda  mikro və makroiqtisadiyyatın struktur bölmələrində qərarların qəbul edilməsini dəstəkləyən daha yüksək elmi səviyyədə formalizasiyanı təmin edə bilən universal informasiya platformasının yaradılması üçün fundamental əsaslar işlənilmişdir. Təklif olunan həllər qərarların qəbul edilməsi nəzəriyyəsinin klassik üsulları, oyun nəzəriyyəsi, riyazi proqramlaşdırma, riyazi statistika və s., eləcə də qeyri-səlis məntiqin riyazi aparatı, neyroşəbəkə vasitələri və hibrid (neyro-fuzzy) modelləşdirmə sistemlərindən istifadəni nəzərdə tutur. Bu platforma əsasında tətbiqi problemlərin həllinin daha yüksək səviyyəsi açar (əsas) göstəricilərin proqnozlaşdırılması üçün kifayət qədər geniş çeşiddə ənənəvi və qeyri-ənənəvi alətlərdən istifadəsi ilə alternativlərin gələcək (perspektivli) çox meyarlı qiymətləndirilməsini nəzərdə tutur. Bu cür hərtərəfli təhlilin aparılması məhdud resurslardan daha səmərəli istifadə etməyə və müvafiq olaraq idarəetmənin səmərəliliyini artırmağa imkan verir.

 

İdarəetmənin müasir problemlərindən biri də kömpüter bazaları əsasında qurulan və proqramlaşdırılan avtomatik idarəetmə sistemləridir, məsələn SCADA (Supervisory Control and Data Acquisition) iqtisadiyyatın bir çox sahələrində istifadə olunduğu kimi, enerji sistemində və elektrik şəbəkələrində də tətbiq olunur və uğurla həyata keçirilir. Qeyd etmək istəyirəm ki, institutumuzun məsulu olan “Əşyalar İnterneti” əsasında işləyən SCADA tipli sistem neft sənayesində geniş tətbiq olunmağa başlamışdır. Sürətli avtomatlaşdırma və informatizasiya idarəetmə sistemlərinin işlənib hazırlanmasında və tətbiqində kiber təhlükəsizlik məsələlərinin həllini ön plana çıxarır.

 

Bu gün intellektual avtonom idarəetmə sistemlərinin idarəolunması gündəmdədir. Artıq maşınların intellekti sürətlə inkişaf edir və onların qərar qəbuletməsi nəticələri müəyyən həyat təhlükəsi yaradır. Bütün bu problemlərin həlli idarəetmə və optimallaşdırma sahəsində çalışan alim və mütəxəssislərin üzərinə düşür.

 

Konfransda müzakirəyə çıxarılan məruzələrin əhatə dairəsi daha geniş, həllolunan məsələlərin, tətbiq olunan metodların, yeni yanaşmaların və tətbiq sahələrinin genişlənməsi konfransa olan maraqları çoxaldır. Təqdim olunan məqalələr sırasında klassik idarəetmə və optimallaşdırma nəzəriyyəsinin yeni metodları ilə yanaşı tamamilə yeni yanaşma üsulları o cümlədən süni intellekt, qeyri-səlis məntiq, böyük verilənlər, təbii dillərin emalı və s. metodlardan istifadə edərək mürəkkəb və çətin formalizasiya olunan məsələlərin həlləri müzakirəyə çıxarılır. Bu yeni nəzəriyyə və metodlar idarəetmənin tətbiq sahələrinin genişlənməsi və prinsiplərini yeniləşdirir. Belə ki, süni intellektin və intellektin gücləndirilməsi (Augmented İntelligence) ilə müasir və avtonom idarəetməsi tələb olunan obyektlərin, o cümlədən mürəkkəb robotların, pilotsuz uçuş aparatlarının, sürücüsuz  avtomobillərin  və  s.  obyektlərin  idarəetmə  sistemlərinin  işlənməsi, həmçinin Böyük Verilənlərin tətbiqi ilə sənaye idarəetmə sistemlərinin qurulması və qərar qəbuletmənin optimallaşdırılması məsələləri də konfransın diqqət mərkəzində olacaqdır.

Qeyd etmək istəyirəm ki, konfransın nəticələrindən biri də sonda müzakirələrə əsaslanan və müxtəlif sənaye sahələrində tətbiq oluna bilən tövsiyylər paketinin hazırlanıb yayılmasıdır. Hesab edirik ki, bu müasir dövrdə əksər ölkələrdə, o cümlədən Azərbaycanda elmi nəticələrin kommersiyalaşması, texnologiyaların transferi və innavativ iqtisadiyyatın inkişafına konfransımızın bir töhfəsi olacaqdır. 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi