AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yer kürəsi Günəş sistemini tərk edə bilərmi?: Alimlər cavab veriblər

01.09.2022 / Maraqlı məlumatlar

Fantastika janrlı bəzi kitablarda Yer kürəsinin Günəş sistemindən ayrıldığını əks etdirən müxtəlif vəziyyətlər göstərilib. Hətta bəzi yazıçı fantastlar güman edirlər ki, bizim planeti bilərəkdən Günəş sistemindən kənarlaşdırmaq lazım olacaq. Belə ki, Günəşdə baş verə biləcək çox güclü partlayış Yer kürəsindəki həyatı məhv edə bilər. Məsələn məşhur çinli yazıçı fantast olan Liu Cixin özünün “The Wandering Earth” adlı hekayəsində məhz bu cür ssenarini əks etdirib. Beləliklə bizim planetimiz nə vaxtsa Günəş sisteminin sərhədlərindən kənara çıxa bilərmi? Alimlər bu suala cavab verməyə çalışıblar bu məsələdə öz variantlarını təqdim ediblər. Qlazqo Universitetinin mütəxəssisi Matteo Ceriotti fikrincə bu cür ssenarinin baş vermə ehtimalı az olsa da qeyri-mümkün deyil. Alimin fikrincə nəzəri cəhətdən bu mümkündür.

“Təsəvvür edək ki, Günəş sisteminə böyük ölçülü ulduzlararası obyekt daxil olur. O, Yer kürəsinə yaxınlaşa və qarşılıqlı qravitasiya təsirləri sayəsində bizim planeti orbitindən kənarlaşdıra bilər. Əgər bu cür ulduzlararası obyekt böyük kütləyə, yüksək sürətə və Yer kürəsisnə yaxın məsafəyə sahib olsa, nəzəri cəhətdən bu, bizim planetimizin Günəş sisteminin sərhədlərindən kənar səyahətə yollanmasına gətirib çıxara bilər” - deyə Matteo Ceriotti qeyd edib. Yer kürəsinin öz doğma sistemini tərk edə bilməsi nəzəriyyəsi ilə həmçinin Kardiff Universitetinin alimi Timothy Davis də razıdır. Lakin o bu məsələdə şəxsi nəzəriyyəyə sahibdir.


“Günəş sistemi planetlərinin orbitlərinin pozulmaları Günəşin digər ulduz ilə yaxınlaşması halında baş verə bilər. Bu cür hadisə çərçivəsində Günəş sistemi planetlərinə olacaq qravitasiya təsirləri onların orbitlərində pozulmaların olmasına gətirib çıxaracaq. Bu halda Yer kürəsi bizim ulduz sistemimizi tərk edə bilər” - deyə Timothy Davis qeyd edib. Bununla belə alim əmindir ki, bu cür ssenari yaxın gələcəkdə baş verməyəcək. Onun sözlərinə əsasən ulduzların bir-birilərinə bu cür yaxınlaşmaları çox nadir hallarda baş verir. Məsələn Gliese 710 adlı ulduz tədricən bizim Günəşə yaxınlaşır və təqribi olaraq 1 milyon ildən sonra o, maksimal yaxın məsafədə Günəşdən aralı keçəcək. “Mən fikirləşirəm ki, bu hadisə çərçivəsində Yer kürəsi heç bir zərər çəkməyəcək və o, digər planetlər kimi yerində qalacaq. Lakin hər şey mümkündür” - deyə Timothy Davis bildirib.

Yazıçı fantastların ssenarilərinə əsaslansaq, gələcəkdə Yer kürəsini öz orbitindən kənarlaşdıra biləcək texnologiyanı yaratmaq mümkün olacaqmı?

Timothy Davis-in sözlərinə əsasən bunun baş verməsi üçün insanlar inanılmaz həcmdə enerji istehsal edə biləcək texnologiya yaratmalıdırlar. Onun fikrincə Yer kürəsini öz orbitindn ayırmaq və uzaq səyahətə göndərmək üçün sekstilyon ədəd atom bombasının eyni anda partlaması zamanı ayrılan enerji miqdarına ekvivalent olan enerji lazımdır. Yer kürəsinin Günəş sistemi sərhədlərindən kənara kosmik səyahətə yollanacağını təsəvvür etsək, bu halda bizim planetimizi nələr gözləyir? Matteo Ceriotti-nin fikrincə bu halda planet ulduzlararası məkanda hansısa ulduzun onu özünə tərəf çəkəcəyi vaxta kimi səyahət edəcək. Bu cür ssenaridə iki nəticə mümkündür. Ya Yer kürəsi yeni ulduzun ətrafında dövr etməyə başlayacaq, ya da ulduzun cazibə qüvvəsi o qədər böyük olacaq ki, Yer kürəsi onunla toqquşacaq və məhv olacaq. Hətta elə bir ehtimal var ki, bizim planetimiz qara dəlik tərəfindən udulacaq.

“Əgər Yer kürəsi Günəş sistemindən ayrılsa, hər bir ehtimalda canlıların böyük hissəsi məhv olacaq. Hətta planetimizdəki bütün canlılar da məhv ola bilər” - deyə Matteo Ceriotti qeyd edib.

Timothy Davis-in sözlərinə əsasən bu cür vəziyyətdə planetdə ola bilsin ki, mikroorqanizmlər sağ qalsınlar. Bu halda onlar müəyyən müddət ərzində aşağı temperatur şəraitində yaşaya bilərlər. Belə ki, Yer kürəsi Günəşdən enerji əldə etməyi dayandıracaq və kosmik məkanda hərəkət edən buz kürəsinə çevriləcək. “Hətta sağ qala biləcək mikroorqanizmlər də müəyyən müddətdən sonra məhv olacaqlar və Yer kürəsi kosmik məkanda hərəkət edən cansız, soyuq buz parçasına çevriləcək” - deyə Timothy Davis qeyd edib. Matteo Ceriotti qeyd edib ki, nəticə etibarilə Yer kürəsi ya Günəş sistemini tərk edəcək, ya da təqribi olaraq 4.5 milyard ildən sonra Süd Yolu və Andromeda qalaktikalarının birləşməsi ilə məhv olacaq. “Onu da nəzərə almaq lazımdır ki, Günəşin ölçüsü təqribi olaraq 5 milyard ildən sonra böyüyəcək və o, Yer kürəsini məhv edəcək. bütün ehtimallarda Yer kürəsi zərər çəkəcək. Lakin buna baxmayaraq insanlar qurtulmaq üçün lazımi üsulların tapılması yolunda hələ bir neçə milyard il zamana sahibdirlər” - deyə Matteo Ceriotti əlavə edib.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi