Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 330 namizəd uğur qazanıb
08.09.2022 / Maraqlı məlumatlarƏlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4226 nəfər müraciət edib. Bu gün saat 12:10-dək olan məlumata görə, 330 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.