Bu ilin I yarımilində elmi dərəcə verilmiş iddiaçıların sayı açıqlanıb
09.09.2022 / Maraqlı məlumatlarBu ilin I yarımilində elmi dərəcə verilmiş iddiaçıların cinsi mənsubiyyətə görə bölgüsü açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası xəbər verir ki, bu müddətdə elmi dərəcə verilmiş qadınların sayı ümumilikdə 167 (58,8 faiz), kişilərin sayı isə 117 (41,2 faiz) olub. Göründüyü kimi, elmi dərəcə verilmiş şəxslər arasında qadınlar üstünlük təşkil edib.