AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Turkiyəde Beynəlxalq konfransda iştirak etmişdir

28.05.2016 / Mühüm xəbərlər
23-28 may 2016-cı il tarixlərində Türkiyənin Fethiye şəhərində "Tərs məsələlər: Modelləşdirmə və Simulyasiya" mövzusunda ənənəvi 8-ci Beynəlxalq konfrans (The 8th International Conference "Inverse Problems: Modeling and Simulation" – IPMS2016) keçirilib:  http://www.ipms-conference.org
Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar iştirak edib.
Konfransa dunyanın 32-dən çox ölkəsindən 160-dan çox nüfuzlu alim qatılmışdır. Konfransın proqramına 3 plenar məruzə və 19 minisimpozium çərçivəsində dəvətli məruzələr daxil edilmişdir. Bu konfrans "Tərs məsələlər üzrə Avrasiya Assosiasiyası (TMAA)”, həmçinin "Inverse Problems”, "Journal of Inverse and Ill-Posed Problems” və "Inverse Problems in Science and Engineering” kimi nüfuzlu beynəlxalq jurnalllar tərəfindən təşkil olumuşdur. Konfransın əsas məqsədi tərs məsələlərin müxtəlif istiqamətləri üzrə müxtəlif sahələrdə, məsələn, riyaziyyat, statistika, mühəndislik, fizika, kimya, biologiya, tibb, meteorologiya, kompüter elmləri və s. sahəsində tədqiqat işi aparan tədqiqatçıları bir araya gətirib, onların qarşılıqlı multidisplinar və beynəlxalq əlaqələrinə təkan vermək idi.
Rəhimov A. prof. Daniel Lesnik (Lids Universiteti, Böyük Britaniya) tərəfindən təşkil olunan "Əmsalın identifikasiyası məsələləri” (Coefficient Identification Problems) minisimpoziumunda "İnteqral şərtlərlə verilmiş parabolik tənlik üçün tərs mənbə məsələləri sinfinin ədədi həlli” (Numerical solution to a class of inverse source problems for a parabolic equation with integral overdetermination conditions) mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ərafında müxtəlif suallar verilmişdir.
Qeyd edək ki, Rəhimov A. hal-hazırda "AMEA-nın gənc alim və mütəxəssislərinin Avropanın elm mərkəzlərində doktorantura təhsili və elmi-tədqiqat işləri aparması” proqramı çərçivəsində Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda (www.fresnel.fr/spip/spip.php?article1124&lang=fr) tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işləri aparır.
Tweet
ELANLAR
  • 03.06.2023
    Mərhum Quliyev Məmmədkərim Ağakərim oğlunun qırx məclisi keçiriləcək
  • 02.06.2023
    İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək
  • 24.05.2023
    Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) keçiriləcəkdir
  • 16.05.2023
    Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar mövzusunda II Respublika elmi-texniki konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON 2020
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytın xəritəsi