
Dissertasiya işlərinin müzakirəsi keçirilib

13 sentyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının elmi seminarının iclasında iddiaçı Mehbalıyeva Esmira Vidadi qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01- “Kompüter elmləri (texnika sahəsi)” ixtisası üzrə yerinə yetirdiyi “Heterogen Serverli Xidmət Şəbəkələrinin Tədqiqi Üçün Ədədi Üsullar” və iddiaçı Mustafayeva Esmira Əli qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi “İnternet Kanallarında Xidməti İnformasiyanın Gizli Ötürülməsi Üsullarının və Texnologiyalarının İşlənməsi” mövzusunda təqdim edilən dissertasiya işlərinin müzakirəsi keçirilib.
Sonda dissertasiya işləri növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.