İdarəetmə Sistemləri İnstitutunda yeni tədris ili başlanmışdır
16.09.2022 / Mühüm xəbərlər15 sentyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2022/2023-cü tədris ilinin payız semestri üzrə ilk dərsləri keçirilmişdir.
Qeyd edək ki, hazırda İnstitutun magistraturasında “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə I kursda 6, II kursda 7 magistrant təhsil alır.