AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın Rəyasət Heyətində Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru ilə görüş keçirilib

16.09.2022 / Mühüm xəbərlər

AMEA-nın Rəyasət Heyətinin aparatında Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru, dosent Abdulaziz Abduvaliyevlə görüş keçirilib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsi, Beynəlxalq elmi əməkdaşlıq şöbəsi, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları iştirak edib.

Tədbirdə öncə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müzakirələr Abdulaziz Abduvaliyevin təqdimatı ilə başlayıb. O, rəhbərlik etdiyi Mərkəzin strukturu, fəaliyyəti, missiyaları, son illər alimlərin müxtəlif istiqamətli layihə müsabiqələrində iştirakı üçün yaradılan şərait və əldə edilən nəticələr, gənc alimlərin xarici dil bacarıqlarının artırılması üçün həyata keçirilən tədbirlər və onların nəticələri haqqında məlumat verib. Qeyd edilib ki, özbəkistanlı alimlərin məqalələrinin yüksək impakt faktorlu jurnallarda dərc edilməsi və istinadların yüksəldilməsi istiqamətində məlumatlandırıcı tədbirlər və treyninqlərə xüsusi yer verilir. Qonaq, həmçinin layihələrin elmi ekspertizası üçün yaradılan baza haqqında məlumat verib və bu istiqamətdə əməkdaşlıq imkanlarından danışıb.

AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov AMEA-nın elmi fəaliyyətinin perspektivlərinə həsr edilmiş təqdimatla çıxış edib, AMEA-da və ölkədə elmin inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb. Prioritet sahələr üzrə proqram və layihələrin hazırlanması, problemlərin həlli üçün məqsədlərin düzgün formalaşdırılması, elmi təcrübəsi olan kadrlardan ibarət işçi qrupların yaradılmasının əhəmiyyəti vurğulanıb. R.Rüstəmov bildirib ki, bu istiqamətdə tərəfdaş ölkələrin qabaqcıl təşkilatları ilə müştərək mükəmməllik və inkişaf mərkəzlərinin yaradılması, elmi fəaliyyətin təşkili üçün prioritetlərin birgə müəyyənləşdirilməsi üzrə fəaliyyətə başlanılıb. Qeyd edilib ki, Türkiyə və Pakistandan olan həmkarlarla artıq belə mərkəzlərə dair müzakirələr aparılır və ilkin razılıq əldə edilib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva AMEA-nın beynəlxalq əlaqələri üzrə fəaliyyət istiqamətləri və nailiyyətləri, tərəfdaş təşkilatlarla birlikdə elan edilən ikitərəfli layihə müsabiqələri, kadr hazırlığı, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında söz açıb. Qeyd edilib ki, son illər AMEA tərəfindən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə 4 dəfə, İtaliya Tədqiqatlar Şurası (CNR) ilə 3 dəfə, Beynəlxalq Əməkdaşlıq Nazirliyi, Belarus Dövlət Elm və Texnologiya Komitəsi ilə 2 dəfə layihə müsabiqəsi elan edilib, 40-a yaxın müştərək layihə həyata keçirilib. Bildirilib ki, Özbəkistan Respublikasının İnnovativ İnkişaf  Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi ilə ikitərəfli layihə müsabiqəsinin elan edilməsi üzrə razılıq əldə edilib. Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirak fəallığı da diqqətə çatdırılıb. Həmçinin AMEA-nın doktorant və post-doktorantlarının müxtəlif ölkələrin qabaqcıl elm və təhsil müəssisələrində təhsili və ya tədqiqatı haqqında məlumat verilib.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, professor Məmməd Əliyev MEK-in fəaliyyəti və müxtəlif ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlığı haqqında məlumat verib. O, Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Təcrübə mübadiləsinin bu qurumlarla ayrılıqda davam etdirilməsi üzrə razılıq əldə edilib.
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi