
İdarəetmə Sistemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları keçirilmişdir
17.09.2022 / Mühüm xəbərlər
12, 13 və 14 sentyabr 2022-ci il tarixlərində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanları keçirilmişdir. İmtahanların keçirilməsi məqsədilə müvafiq ixtisaslar üzrə qəbul komissiyaları yaradılmışdır.
Qəbul imtahanlarında 1203.01 – “Kompüter elmləri” ixtisasının riyaziyyat istiqaməti üzrə 2, texnika istiqaməti üzrə 2, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2 və 5302.01 – “Ekonometriya” ixtisası üzrə 1 nəfər olmaqla ümumilikdə 7 iddiaçı iştirak etmişdir. İddiaçılar test üsulu ilə təqdim olunan 50 sualı cavablandırıblar.
İmtahanların nəticələrinə əsasən 2 nəfərin cavabı “əla”, 5 nəfərin cavabı isə “yaxşı” qiymətləndirilmişdir. İmtahanlar uğurla başa çatmışdır.


