Dissertasiya şurasının növbəti iclası keçirilmişdir
17.09.2022 / Dissertasiya şurasının iclasları16 sentyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdindəki ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçirilmişdir.
İclasda Esmira Vidadi qızı Mehbalıyevanın 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Heterogen serverli xidmət şəbəkələrinin tədqiqi üçün ədədi üsullar” (“Численные методы исследования сетей с гетерогенными серверами”) və Esmira Əli qızı Mustafayevanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “İnternet kanallarında xidməti informasiyanın gizli ötürülməsi üsullarının və texnologiyalarının işlənməsi” mövzusunda dissertasiya işləri üzrə rəsmi opponent və müdafiənin keçirilmə tarixinin təyin edilməsinə məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.