Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibədə 45 nəfər uğur qazanıb
20.09.2022 / Maraqlı məlumatlarİyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 10:15-ə olan məlumata görə, 45 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 29-da başa çatacaq.
Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.