AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

DİM dövlət qulluğu ilə bağlı müsahibələrdə iştirak edən şəxslər üçün təlimlər keçirəcək

22.09.2022 / Maraqlı məlumatlar

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibələrdə iştirak edən dövlət qulluqçularının və namizədlərin Azərbaycan Respublikasının Konstitusiyası, dövlətin əsasları, dövlət qulluğuna dair qanunvericilik üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək müvafiq təlimlərə qeydiyyat elan edilir.

DİM-dən bildirilib ki, dövlət qulluğuna yeni işə qəbul edilən namizədlərin dövlət qulluğu keçmə ilə bağlı praktiki bacarıqlara yiyələnməsi məqsədilə Mərkəz tərəfindən təlim modulları da hazırlanıb. Həmin modullar üzrə oktyabr ayından etibarən təlimlər təşkil olunacaq. Təlim modulları aşağıda qeyd olunanlardan ibarətdir:

- Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri;

- Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər;

- Əmək qanunvericiliyinin tətbiqi;

- Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri;

- İnsan resurslarının idarə edilməsinə ümumi baxış;

- Liderlik və idarəetmənin əsasları;

- Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri;

- Korrupsiyaya qarşı mübarizə.

Təlimlərdə iştirak ödənişlidir. Namizədlər, ilk növbədə, DİM-in rəsmi səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı (şəxsi kabineti olmayanlar) və qeydiyyatdan keçməlidirlər. Təlimlərin intensiv formada həftəsonu keçirilməsi nəzərdə tutulur. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar formalaşdırıldıqdan sonra namizədin elektron poçt ünvanına göndərilir.

Elektron qeydiyyatla əlaqədar, həmçinin təlim modulları ilə bağlı əlavə məlumat əldə etmək üçün Mərkəzin Təlimlər üzrə sektoruna (tel: 012-310-53-16, daxili nömrə 1220; elektron ünvan: [email protected]) və ya DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasına müraciət etmək olar.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi