Müsahibələrdə uğur qazanmış 408 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib
28.09.2022 / Maraqlı məlumatlarƏlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4231 nəfər müraciət edib. Bu gün saat 10:35-dək olan məlumata görə, 408 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.
azertag.az