
İsveç alimi Svante Pyebo fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldü

Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adı açıqlanıb.
Nobel komitəsinin rəsmi saytına istinadla xəbər verilir ki, İsveç alimi Svante Pyebo 2022-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb. Alim bu mükafata insan təkamülünün genetik əsaslarını araşdırmasına görə layiq görülüb.