Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 17 nəfər uğur qazanıb
05.10.2022 / Maraqlı məlumatlarOn dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu gün saat 10:25-ə olan məlumata görə, 17 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə oktyabrın 17-də başa çatacaq.
Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 12-də yekunlaşıb.