AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər: 'Süd Yolu qalaktikasında Yer kürəsinə bənzər planetlərin mövcud olma ehtimalı çox azdır'

06.10.2022 / Maraqlı məlumatlar

Bu və ya digər planetdə həyatın yaranması üçün planet ilk növbədə öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) üzrə dövr etməlidir. Planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradacaq hər bir faktor özünü sərgiləməlidir. Həmçinin planet səthində temperatur nə çox isti nə də çox soyuq olmalıdır. Misal olaraq Yer kürəsini gətirən zaman görmək olar ki, bizim planetimizin səthinin 30%-i qurudan ibarətdir. Yerdə qalan hissə isə sudan ibarətdir. Aparılmış yeni tədqiqat onu göstərib ki, Süd Yolu qalaktikasında həyatın mümkün ola biləcəyi münbit şəraitə sahib və Yer kürəsinə bənzəyən planetlərin ümumi sayı yalnız 1% təşil edə bilər. Bununla belə həyatın mümkün ola biləcəyi münbit şəraitə sahib və səthi yalnız qurudan ibarət olan planetlərin ümumi sayı 80%, səthi tamamilə sudan ibarət olan planetlərin ümumi sayı isə 19% təşkil edə bilər.

“Bizim aparmış olduğumuz kompüter modelləşdirməsinin nəticələri onu göstəriblər ki, Yer kürəsinin ideal kopyası adlandırıla biləcək planetin tapılması demək olar qeyri-mümkündür. Yəni bu cür ehtimal həddindən artıq çox aşağıdır. Belə ki, qalaktikamızda bizim planetə bənzəyən planetlərin ümumi sayı yalnız 1% təşkil edə bilər” - deyə İsveçrənin Beynəlxalq Kosmik Elmlər İnstitutunun alimi Tilman Spohn qeyd edib. Alimlərin sözlərinə əsasən Yer kürəsində quru örtük ilə su örtüyünün (30% və 70%) ideal balansı mövcuddur. Lakin sərt səthə sahib digər planetlərdə bu göstəricilərin böyük hissəsini ya quru ya da su sahəsi təşkil edir. Yer kürəsində bu cür ideal balans təqribi olaraq 2.5 milyard il bundan öncə əldə edilib və bu, planetin daxili prosesləri ilə əlaqəlidir. Alimlər düşünürlər ki, digər planetlərdə bu cür proseslər daha tez baş verib və nəticədə planetlər ya tamamilə quru ya da su səthinə sahib olublar.

Lakin Yer kürəsinə bənzər planetlərin mövcudluğuna dair kiçik bir ehtimal var. Həyat üçün münbit şəraitə və tamamilə quru və ya su səthinə sahib planetlərin kompüter modelləşdirilməsi onu göstərib ki, həmin planetlərdə Yer kürəsinə bənzər iqlim şəraiti mövcud ola bilər. Həmin planetlərdə ola biləcək həyat forması isə Yer kürəsindəki həyat formasından az fərqlənə bilər. “Eyni zamanda bu planetlər arasındakı flora və fauna fərqi diqqət çəkəcək səviyyədə ola bilər. Məsələn səthinin 10%-dən az sahəsi quru ilə əhatə edilmiş planetdə ilıq, nəm tropik iqlim şəraiti mövcud olacaq. Lakin səthinin 20%-dən az sahəsi su ilə əhatə edilmiş planetdə soyuq və quru iqlim şəraiti mövcud olacaq” - deyə Tilman Spohn qeyd edib. Lakin aparılmış yeni tədqiqatın nəticələri Toronto Universitetinin alimlərinin fikirləri ilə üst-üstə düşmür. Belə ki, Toronto Universitetinin alimləri düşünürlər ki, quru sahəsi çox olan planetlərdə iqlim şəraiti əksinə isti olmalıdır. 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi