İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi
29.09.2022 / Maraqlı məlumatlarElm və Təhsil Nazirliyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsini elan edir. Müsabiqənin məqsədi prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsidir.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 14 oktyabr 2022-ci il tarixinədək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.