AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Marsdakı qədim mikroblar özlərinin səbəb olduqları iqlim dəyişiklikləri səbəbilə məhv olmuş ola bilərlər

12.10.2022 / Maraqlı məlumatlar

Parisdə yerləşən Institut de Biologie de l’Ecole Normale Superieure (IBENS) adlı institutun kompüter modelləşdirməsi vasitəsilə aparmış olduğu yeni tədqiqata əsasən Marsdakı qədim mikroblar planetdəki münbit şəraiti yararsız hala gətirmiş ola bilərlər. Bu isə öz növbəsində qədim mikrobların iqlim dəyişiklikləri səbəbilə məhv olmalarına səbəb olmuş ola bilər. Aparılmış yeni tədqiqata əsasən güman edilir ki, hidrogen ilə qidalanan və CO2 qazını ifraz edən sadə mikroorqanizmlər 3.7 milyard il bundan öncə Marsda inkişaf etmiş ola bilərlər. Təqribi olaraq həmin vaxtlarda Yer kürəsinin okeanlarında primitiv həyat növü inkişaf etməyə başlayıb. Bununla belə Yer kürəsində bu inkişaf prosesinin daha qəliz canlı növlərin yaranmalarına səbəb olduğu halda Marsda əksinə hər şey pessimist ssenari üzrə inkişaf edib. Belə ki, Yer kürəsində ifraz edilmiş metan qazı atmosfer temperaturunun yüksəlməsinə səbəb olduğu halda Marsda əksinə atmosfer temperaturu daha da aşağı düşüb. Bu isə öz növbəsində Marsdakı mikrobların planet səthinin daha dərin qatlarına enmələrinə səbəb olmuş ola bilər.

Fransız alimlərin məlumatlarına əsasən 3.7 milyard il bundan öncə Marsda olduqca ilıq və rütubətli iqlim şəraiti mövcud olmuş ola bilər. Söhbət, -10 dərəcə Selsidən +20 dərəcə Selsiyə qədər olan temperaturdan gedir.

Məlumatda qeyd edilib ki, bu səbəbdən Mars səthində göllər, çaylar və hətta okean da mövcud ola bilərmiş. Lakin həmin vaxtda planetin atmosferi Yer kürəsinin atmosferindən daha fərqli olub. Belə ki, Mars atmosferi Yer kürəsinin atmosferi kimi sıx olsa da, bizim planetin atmosferindən fərqli olaraq daha çox CO2 və hidrogen qazları ilə zəngin olub. Bu qazlar isə öz növbələrində planet səthində parnik effektini yaradıblar. Bununla belə Marsda potensial mövcud olmuş qədim bakteriyalar metan ifraz edərək atmosferdəki CO2 və hidrogen balansını dəyişmiş ola bilərlər. Nəticədə planetin iqlimi daha soyuq olmağa başlayıb. Məsələ burasındadır ki, atmosferdə bir-biri ilə qarşılıqlı əlaqədə olan CO2 ilə hidrogen kombinasiyası iqlimin istiləşməsinə səbəb olan xüsusi şərtlər yaradırlar. Yer kürəsində bu cür proses mümkün deyil. Belə ki, Yer kürəsinin atmosferi sözügedən qazlar ilə zəngin deyil. Nəticədə Mars atmosferində hidrogen metan ilə əvəzlənib. Metan isə parnik effektinin yaranması üçün heç də əlverişli deyil.

Bu səbəbdən də uzaq keçmişdə Marsın atmosferi soyumağa başlayıb. Soyuqlaşma prosesi səbəbilə planetdəki su ehtiyatı buza çevrilib, planetin səthindəki temperatur isə -60 dərəcə Selsi aşağı düşüb.

Bu öz növbəsində mikrobları planet səthinin qat-qat aşağı laylarına köçməyə məcbur edib. Mütəxəssislər tərəfindən aparılmış kompüter modelləşdirməsinə əsasən əgər daha öncə mikroblar planetin toz səthinin alt hissəsində yaşayıblarsa, daha sonra onlar 1 km-dən daha çox dərinliyə enməli olublar. Fransız alimlər Marsda qədim mikrobların planet səthinin alt hissəsində potensial izlərinin mövcud ola biləcəkləri 3 yeri təyin ediblər. Jezero krateri və Ellada ilə İsid düzənlikləri. Qeyd etmək lazımdır ki, NASA-nın Perseverance aparatı məhz Jezero kraterində yerləşir və orda tədqiqatlar aparır. Ellada ilə İsid düzənliklərinə gəldikdə isə yüksək dağlıq ərazilərdən fərqli olaraq bu cür düzənliklərin dərinliklərində iqlim adətən daha istidir. Buna görə də həmin düzənliklərdə qədim həyat növünün izlərini aşkar etmək potensialı daha yüksəkdir. Bununla yanaşı alimlər ehtimal edirlər ki, mikroorqanizmlər hələ də planetin qabığında mövcud ola bilərlər. Məlumatda qeyd edilib ki, Mars uzaq keçmişdə öz atmosferini itirdiyi üçün mikroorqanizmlər planetin dərinliklərində digər qida növlərinə keçid etmiş ola bilərlər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi