AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA-nın DART aparatı toqquşma nəticəsində Dimorf asteroidinin orbitini dəyişib

13.10.2022 / Maraqlı məlumatlar

NASA-nın Double Asteroid Redirection Test (DART) missiyasının komandası tərəfindən əldə edilmiş məlumatlar onu göstəriblər ki, insanlar tarixdə ilk dəfə kosmik obyektin orbitini dəyişə biliblər. Bu isə öz növbəsində planetar təhlükəsizlikdə dönüş nöqtəsidir. Qeyd etmək lazımdır ki, 27 sentyabr tarixində NASA-nın DART aparatı Dimorf adlı asteroidlə toqquşmuşdu. Missiyanın əsas məqsədi kosmik obyektin uçuş trayektoriyasının dəyişilmə mümkünlüyünü yoxlamaq idi. Dimorfun daha böyük ölçüyə sahib Didim adlı digər asteroidin ətrafında dövretmə müddəti 11 saat 55 dəqiqə təşkil edirdi. 27 sentyabr tarixində baş tutmuş toqquşmadan sonra alimlər Dimorfun Didim ətrafında dövretmə sürətini müşahidə edirlər.

Daha öncə asteroidin dövretmə müddətinin minimum 73 saniyə aşağı salmaq planlaşdırılırdı. Lakin əldə edilmiş yeni məlumatlara əsasən Dimorfun Didim ətrafındakı dövretmə müddəti 32 dəqiqə azalıb. Beləliklə hal hazırda Dimorf Didim ətrafında 11 saat 23 dəqiqə ərzində dövr edir. Başqa sözlə desək, alimlər öz məqsədlərinə uğurlu şəkildə çatıblar. DART missiyasının yerinə yetirilməsindən sonra hər gün yeni məlumatlar daxil olur və alimlər həmin məlumatlar əsasında Yer kürəsini təhlükəli ola biləcək müxtəlif kosmik obyektlərdən necə qorumaq lazım olduğunu daha yaxşı qiymətləndirəcəklər. Qeyd etmək lazımdır ki, DART missiyası çərçivəsində eyniadlı aparat 160 metr ölçülü Dimorf asteroidi ilə saatda 22 530 km sürətlə toqquşmuşdu.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi