AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

SpaceX təyyarələr üçün peyk interneti xidmətini təklif edəcək Starlink Aviation servisini anons edib

20.10.2022 / Maraqlı məlumatlar

SpaceX şirkəti yaxın zamanda Starlink Aviation adlı yeni servisin istifadəyə veriləcəyini elan edib. Sözügedən yeni servis çərçivəsində Starlink-in aviasiya terminallarına sahib təyyarələrin sərnişinləri internetə qoşula biləcəklər. Bununla belə təqdim ediləcək internet sürəti saniyədə 350 Mbit təşkil edəcək. Əgər Starlink Aviation servisi həqiqətən də təyyarə sərnişinlərini bu cür sürətli internet bağlantısı ilə təmin etsə, bu, videozənglərin reallaşdırılması, online oyunların oynanılması və internetdən standart istifadə edilməsi üçün kifayət edəcək. Qeyd etmək lazımdır ki, bu sürət bir çox aviaşirkət tərəfindən təklif edilən internet sürətindən daha yüksəkdir.

Verilmiş məlumata əsasən bir çox hallarda təyyarələrdə hava-yer sistemindən istifadə edilir və həmin sistem sərnişinləri maksimum saniyədə 10 Mbit internet sürəti ilə təmin edir. Bununla belə bu halda təklif edilən internet bağlantısı təyyarənin yalnız quraqlıq üzərindən uçuşu zamanı aktiv olur. Təyyarənin su üzərindən uçuşu zamanı isə internet bağlantısı kəsilir. Bəzi hallarda təyyarələrdə peyk sistemlərindən istifadə edilir və onlar saniyədə 30-100 Mbit internet sürətini təmin edirlər. İnternet sürətinə həmçinin internet bağlantısından eyni anda istifadə edən sərnişinlərin sayı da təsir göstərir.

Starlink Aviation servisinin təsvirində qeyd edilib ki, təklif ediləcək internet bağlantısı hər yerdə aktiv olacaq və cəmi 20 millisaniyə siqnal gecikməsinə sahib olacaq. Starlink Aviation 2023-cü ildə istifadəyə veriləcək. Bir təyyarənin sözügedən servisə qoşulması üçün nəzərdə tutulmuş təchizat komplekti 150 000$-a satılacaq. Servisdən aylıq istifadə haqqı isə 12 500$-25 000$ təşkil edəcək. Aviaşirkətlər özləri üçün təchizat komplektlərini artıq SpaceX-in saytında ön sifariş edə bilərlər.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi