
“Alim və ekspertlərin kitabxanası” layihəsinə başlanılır

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti “Alim və ekspertlərin kitabxanası” adlı yeni layihəyə start verir.
UNEC-dən bildirilib ki, layihə çərçivəsində yerli və xarici alim və ekspertlərdən tələbələr üçün kitab tövsiyələri alınacaq.