AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnsan beyninin transplantasiyası: Bu cür əməliyyat mümkündürmü?

21.10.2022 / Maraqlı məlumatlar

Tibbin transplantologiya sahəsi son illərdə çox inkişaf edib. Bu inkişaf dövrü ərzində alimlər orqanların köçürülməsi üzrə heç də asan olmayan yollardan keçiblər. Bunun nəticəsində artıq bir insanın qaraciyərini və ürəyini digər insana köçürmək mümkündür. Hətta üz nahiyəsinin transplantasiyası əməliyyatları da baş tutur. Lakin alimlərin fikirlərinə əsasən beyin köçürülməsi əməliyyatı nə vaxtsa baş versə də, bu, yaxın gələcəkdə olmayacaq. Bu məsələdə həm texniki həm də etik normalar baxımından müəyyən çətinliklər var. Texniki çətinlikləri aşmaq mümkün olsa da, etik normalar ilə bağlı çətinliklərlə heç də hər şey asan deyil. Alimlər düşünürlər ki, insan beyninin ilk transplantasiya əməliyyatının keçirilməsinə kimi hələ çox zaman ötəcək. Təbii ki, əgər alimlər ümumiyyətlə bu cür əməliyyatın keçirilməsinə razı olsalar. Həmçinin məsələ həm də etik normalarla bağlıdır. Beynin köçürülməsi faktiki olaraq bütün bədənin köçürülməsi deməkdir. Yəni bir insanın həyatını bir donor bədəni vasitəsilə xilas etmək lazımdır yoxsa həmin donorun müəyyən orqanları digərlərinə də çatmalıdır? Digər tərəfdən beyin onurğa beyni ilə əlaqəli olan elə bir qəliz orqandır ki, istənilən xəta birinin digərini rədd etməsinə və nəticədə pasientin ölümünə səbəb ola bilər.

Lakin həmin heyvanlar maksimum bir neçə saat və ya gün ərzində yaşaya biliblər. Bəzi hallarda isə onlar bir neçə ay ərzində yaşayıblar. “Transplantologiya sahəsində fəaliyyət göstərən bəzi mütəxəssislər əvvəllər bildirirdilər ki, insan beyninin köçürülməsi uzaq olmayan gələcəyin işidir. Lakin mən düşünmürəm ki, hansısa cərrah və ya alim bu öhdəliyi öz üzərinə götürsün. Mən hesab edirəm ki, bu, baş verməyəcək” - deyə amerikalı neyrocərrah Fredric Meyer qeyd edib. Alimlər heç zaman heyvanlarda beyni başdan ayrıca transplantasiya etməyə cəhd göstərməyiblər. Beyin çox yumşaq orqandır və onu rahatlıqla zədələmək olar. Beynin başdan ayrıca transplantasiyası halında əməliyyatdan sonra kəllə hissəsindəki çoxlu sayda sinirləri birləşdirmək lazım gələcəkdi. Bu isə çox qəliz məsələdir. Buna görə də alimlər müxtəlif heyvanlarda beyin ilə birlikdə baş hissəsinin köçürülməsini reallaşdırıblar. İlk bu cür əməliyyat 1908-ci ildə baş tutub. Həmin ildə Alexis Carrel və Charles Guthrie adlı alimlər bir itin başını digər itin bədəninə köçürtmüşdülər. Nəticədə iki başlı canlı alınmışdı. Lakin həmin canlı əməliyyatdan sonra bir neçə saat ərzində yaşaya bilmişdi. 1954-cü ildə sovet alimi Vladimir Demikhov itlərin bədənlərinin üst hissələrinin digər itlərə köçürülməsi üzrə təcrübələr keçirmişdi. Bu cür iki başlı canlılar yalnız bir neçə gün ərzində yaşaya bilirdilər.

Lakin nəticədə onların immun sistemləri transplantasiya edilmiş başı rədd etməyə başlad. Bu isə öz növbəsində heyvanların ölməsinə səbəb oldu. Keçən əsrin 70-ci illərində Robert White adlı neyrocərrah makakalar (meymun növü) arasında yalnız baş hissəsinin transplantasiyası üzrə təcrübələr keçirtmişdi. O məhz bir bədəndə iki başın birləşməsini reallaşdırırdı. Həmin iki başlı meymunlar qida qəbul edə və qəbul etdikləri qidanı uda bilirdilər. Bundan əlavə olaraq onlar hərəkət edən müxtəlif obyektləri gözləri ilə müşahidə edə bilirdilər. Lakin məsələ burasındadır ki, həmin meymunların bədənləri iflic vəziyyətdə idi. Belə ki, onların onurğa beyni normal şəkildə çalışmırdı. Nəticədə meymunlar əməliyyatdan 36 saat sonra ölürdülər. Müasir dövrdə alimlər insan orqanizmində transplantasiya edilmiş orqanın rədd edilməsi ilə müxtəlif dərmanlar vasitəsilə mübarizə aparmağı öyrəniblər. Bundan əlavə olaraq alimlər artıq zədələnmiş bədən hissələri ilə orqanların bərpası zamanı damarların birləşdirilməsini də öyrəniblər. Nəzəri cəhətdən bu proses insan başının uğurlu transplantasiyası halında beyini qanla təmin etməyə davam edə bilər.

Bu ona görə uğurlu alınmışdı ki, alim birinci siçandakı 2 ədəd boyun damarı ilə yuxu arteriyasından birini kəsmiş və onları ikinci siçanın başına birləşdirmişdi. Lakin əməliyyatın uğurlu keçməsinə baxmayaraq iki başlı siçan çox yaşaya bilmədi. İnsan beyninin transplantasiyası məsələsinə gəldikdə isə onurğa beyninin kəsilməsi və daha sonra birləşdirilməsi problemi mövcuddur. Alimlər bu halda onurğa beyninin normal şəkildə çalışacağına dair sübutlara sahib deyillər. Daha bir problem əməliyyat zamanı beyni oksigen ilə təmin etməkdən ibarətdir. Məlumdur ki, oksigenin olmadığı halda beyindəki hüceyrələr 5 dəqiqədən sonra məhv olmağa başlayırlar. Bundan əlavə olaraq insanın baş transplantasiyası kimi əməliyyatdan sağ çıxıb-çıxmayacağı da məlum deyil. Hətta bunun baş verəcəyi halda belə başsız qalan bədənin hansı ağrıları hiss edəcəyi bilinmir. İnsan başının və ya beyninin transplantasiyasının etik normalara uyğun olub-olmamasına gəldikdə isə 6 il bundan öncə Avropa Neyrocərrahiyyə Cəmiyyətləri Assosiasiyası insanlara baş transplantasiyasının qeyri-etik olduğunu elan etmişdi. Bu bəyanat məsləhət xarakteri daşısa da, neyrocərrahlar bu nəzəri əməliyyatı insanın həyatına son qoya biləcək əməliyyat kimi təyin etmişdilər.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi