
Dissertasiya işinin müdafiəsi keçirilib

21 oktyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdindəki ED 1.19 Dissertasiya şurasının iclasında iddiaçı Bayramov Vəli Əziz oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1208.01 – Ehtimal nəzəriyyəsi ixtisası üzrə yerinə yetirdiyi “Sparre Andersen tipli sığorta riski proseslərinin ehtimal xarakteristikalarının tədqiqi” mövzusunda təqdim edilən dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.