
2022-ci ilin son Günəş tutulması olacaq

Bu gün cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulması olacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma hadisəsi saat 12:58-də başlayacaq və saat 17:02-də sona çatacaq. Ümumilikdə 4 saat 4 dəqiqə davam edəcək və tutulmanın maksimumu saat 15:00-da olacaq.
Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə ediləcək.