AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Starlink peyk internetindən hərəkətdə olan nəqliyyatda da istifadə etmək mümkün olacaq

27.10.2022 / Maraqlı məlumatlar

SpaceX şirkətinin verdiyi məlumata əsasən bu ilin dekabr ayından başlayaraq onun Starlink peyk internet xidməti hərəkətdə olan nəqliyyat vasitələri üçün istifadəyə veriləcək. Şirkətin peyk interneti xidmətinin təchizatını artıq avtomobillərə quraşdırmaq olar. Lakin hal hazırda avtomobildə Starlink internetindən istifadə etmək üçün avtomobilin özü hərəkətsiz vəziyyətdə olmalıdır. Hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş təchizat bir qədər baha qiymətə başa gələcək. Hərəkətsiz vəziyyətdə olan avtomobildə peyk internetindən istifadə etmək üçün Starlink-in 599$-a satılan standart peyk antenini əldə etmək lazımdır. Hərəkətdə olan avtomobildə peyk internetindən istifadə etmək üçün isə 2500$-a satılacaq Flat High Performance adlı dairəvi anten almaq lazım gələcək.

Sözügedən antenin sifarişi zamanı onun çatdırılması və quraşdırılması üçün əlavə 50$ ödəmək lazımdır. Hərəkət edən avtomobildə Starlink-dən aylıq istifadə haqqı (135$) əvvəlki kimi qalacaq. SpaceX qeyd edib ki, ev şəraitində istifadə edilən Starlink-dən fərqli olaraq peyk internetinin nəqliyyat üçün nəzərdə tutulmuş versiyasından istifadə edənlər aşağı prioritetə sahib olacaqlar. Bu isə o deməkdir ki, internet sürətində olacaq fərq pik saatlarda və şəbəkəyə yüksək sıxlıqlı qoşulmaya sahib rayonlarda daha çox nəzərə çarpacaq. Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş bahalı Starlink təchizatının ön sifarişlərinə artıq start verilib. Lakin Starlink-in bu xidməti üçün şəbəkə əhatəsi hətta Şimali Amerika üzrə məhduddur. Buna görə də Starlink–in nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş versiyasının il sonunda digər ölkələrdə də istifadəyə veriləcəyi çətin görünür.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi