AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb

27.10.2022 / Maraqlı məlumatlar

Danimarkadan və İsveçdən olan alimlər dünyada ilk dəfə rəqəmsal məlumatların ötürülməsi çərçivəsində saniyədə 1 Pbit-dən (petabit) daha yuxarı ötürülmə sürətini əldə ediblər. Belə ki, alimlər tərəfindən məlumatların ötürülməsi zamanı saniyədə 1.84 Pbit (saniyədə 1.8 milyon Gbit) sürət əldə edilib. Bu isə dünyanın bütün internet trafikini 2 dəfə üstələyir. Bununla belə sözügedən təcrübə çərçivəisndə alimlər optik lazerdən və optik çipdən istifadə ediblər. Adi istifadəçinin evindəki internet sürəti saniyədə bir neçə yüz Mbit təşkil edir. Bəzi hallarda isə bu göstərici saniyədə 1 Gbit-dir. Hər halda bu, saniyədə 1 Pbit sürətdən milyonlarla dəfə aşağıdır.

Hətta NASA-nın iri həcmli elmi və peyk məlumatlarının ötürülməsi üçün hazırladığı ESnet6 şəbəkəsində sürət 20 dəfə aşağı olacaq. Maraqlısı ondadır ki, yeni sürət rekordu yeganə işıq mənbəyinin və optik çipin istifadəsi ilə əldə edilib. Sözügedən çip infraqırmızı şüa işığını yüzlərlə ayrı-ayrı tezliklərə parçalayır. Məlumatlar həmin tezliklərin hər birinin polyarizasiyası, fazası və amplitudunun modulyasiyası vasitəsilə kodlaşdırılır. Daha sonra sözügedən tezliklər bir şüa şəklində yenidən birləşirlər və nəticədə formalaşmış vahid şüa fiber optik naqil vasitəsilə ötürülür.

Təcrübə çərçivəsində Danimarkadan və İsveçdən olan alimlər 223 ədəd dalğa kanalına kodlaşdırılmış məlumatları 7.9 km uzunluğunda olan fiber optik naqil vasitəsilə saniyədə 1.84 Pbit sürətlə ötürməyə nail olublar. Bu rekord sürət əvvəlki rekorddan daha yüksəkdir. Belə ki, bu ilin may ayında saniyədə 1.02 Pbit ötürülmə sürəti əldə edilmişdi. Məlumatda qeyd edilib ki, bu göstərici yeni optik çipin əldə edə biləcəyi yekun nəticə deyil. Belə ki, komüter modelləşdirməsinə əsasən sözügedən çip saniyədə 100 Pbit sürət sərgiləyə bilər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi