İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq forumda iştirak ediblər
28.10.2022 / Mühüm xəbərlər26-27 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Texniki Universitetində Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində forum keçirilmişdir.
İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d., e-Commers işçi qrupunun rəhbəri, Rəqəmsal, Sənaye və Kosmos istiqamətində Horizon Europe milli təmsilçisi Tofiq Babayev və şöbənin texniki əməkdaşı Firəngiz İmanova bu forumda iştirak etmiş və sertifikata layiq görülmüşlər.
Qeyd edək ki, sözügedən forum 4 sessiyadan ibarət idi:
1-ci sessiya Koreya təcrübəsi
Bilik laboratoriyası formatında keçirilən onlayn mühazirələrin nəticələrinə dair
2-ci sessiya Koreya təcrübəsi
Koreya texnologiyanın kommersiyalaşdırılması idarəetməsi
Koreyada əqli mülkiyyətin idarəedilməsi
Koreyada texnologiyaların kommersiyalaşdırılması proqramı
Koreyada universitet startapları
Koreyada insan resurslarının inkişafı
3-cü sessiya Azərbaycanda texnologiyaların kommersiyalaşdırılmasının hazırki vəziyyəti və Strateji Planın nəticəsi
Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması sisteminin strateji planı
YTP-nin texnologiyaların kommersiyalaşdırılması proqramı üçün strateji planı
4-cü sessiya Texnologiya Transferi və Kommersiyalaşdırma Platforması
Online Platformanın təqdimatı
Online Platforma üzrə sual-cavab
Bağlanış və sertifikatların təqdim edilməsi